Türkiyə və Amerika İŞİD, PKK və FETÖ ilə birgə mübarizə barədə razılığa gəlib

Türkiyə və Amerika İŞİD, PKK və FETÖ ilə birgə mübarizə barədə razılığa gəlib

GünAz TV: Türkiyə və Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub, onlar bir çox məsələni müzakirə ediblər.

 

Mediada yayılan məlumata görə, prezidentlər İŞİD, PKK və FETO ilə birgə mübarizə barədə razılığa gəliblər.

 

Dövlət başçıları arasında Ankaranın Vaşinqtondan hərbi avadanlıq alması, Suriyada müharibənin sülh yolu ilə başa çatdırılması məsələsi də müzakirə olunub.

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Trampın Suriyadakı kürdlərə silah verilməsinin dayandırılacağına söz verdiyini bildirib.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN