Türkiyə və Rusiya prezidentləri arasında İdliblə bağlı önəmli razılaşma əldə olunub

Türkiyə və Rusiya prezidentləri arasında İdliblə bağlı önəmli razılaşma əldə olunub

GünAz TV: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

 

Sentyabrın 17-də Soçidə baş tutan görüşdə tərəflər Suriyanın İdlib şəhərində sülh və təhlükəsizliyə dair müzakirə aparıblar.

 

BakuPost xəbər verir ki, görüşdən sonra ölkə başçıları mətbuat konfransı keçiriblər. Ərdoğan və Putin görüşdə Suriya məsələsində razılıq əldə olunduğunu bildiriblər. Ərdoğan bildirib ki, İdlibdə silahsız bölgə yaradılması qərara alınıb. Müxaliflər əvvəlki kimi İdlibdə qalacaq. Ancaq ağır silahları buraxacaqlar. Eyni zamanda Hələblə sərhəddən geri çəkiləcəklər. Bundan əlavə İdliblə Əsəd rejiminin nəzarətində olan ərazilərin sərhəddində 15-20 km.-lik silahsız bölgə yaradılacaq. Həmin əraziyə Rusiya və Türkiyə əsgərləri birgə nəzarət edəcək. 

 

Qeyd edək ki, neytral bölgə 15 oktyabrda 15-20 km məsafədə quralacaq. Həmin tarixdən etibarən ağır zirehli texnikalar bölgədən çəkiləcək. Həmçinin, "Nusra Cəbhəsi" başda olmaqla terrorçu qruplaşmaları oradan çıxarılacaq.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN