Türkiyə və Rusiya prezidentləri İraq Kürdistanını müzakirə ediblər

Türkiyə və Rusiya prezidentləri İraq Kürdistanını müzakirə ediblər

GünAz TV: Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin arasında dünən Ankarada keçirilən danışıqlar 1,5 saatdan çox davam edib.

 

Görüşün ardınca tərəflər birgə mətbuat konfransı keçirib.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə İraq və Suriya daxil olmaqla, regional məsələləri müzakirə etdiklərini deyib:

“İstər İraqın, istərsə də Suriyanın ərazi bütövlüyü məsələsində həmfikirik”.

 

İraq Kürd Regional Hökumətinin keçirdiyi referendum haqqında da danışan Ərdoğan bildirib ki, bu addımın heç bir hüquqi əsası yoxdur:

“Çox təəssüf ki, dostcasına xəbərdarlıqlara baxmayaraq referendumu keçirərək çox böyük səhv etdilər. Heç kimin qısa müddətli mənfəətlərə görə bölgəni atəşə atmağa haqqı yoxdur”.

 

Ərdoğan Rusiya və Türkiyə arasındakı ticarət əlaqələrinin daha da inkişaf edəcəyini, 100 milyard dollar ticarət dövriyyəsi hədəfinə çatacaqlarını sözlərinə əlavə edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN