Türkiyədə bələdiyyə seçkiləri başladı

Türkiyədə bələdiyyə seçkiləri başladı

GünAz TV: Bu gün Türkiyədə növbəti bələdiyyə seçkiləri keçirilir.

 

31 vilayətdə səsvermə yerli vaxtla saat 07.00-da başlayıb. Həmin vilayətlərdə səsvermə 16.00-da yekunlaşacaq. Digər bölgələrdə isə səsvermə saat 08.00-dan 17.00-dək davam edəcək.

 

Seçkidə 57 milyon vətəndaş səsvermə hüququndan istifadə edəcək. 1 milyon 156 min vətəndaş isə ilk dəfə səs verəcək. 

 

Seçkilərə hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Səadət Partiyası, Müstəqil Türkiyə Partiyası (Bağımsız Türkiye Partisi), Türkiyə Kommunist Partiyası, Vətən Partiyası, Böyük Birlik Partiyası, Azad Mübarizə Partiyası (Hür Dava Partisi), Demokrat Partiya, "İYİ Parti", Xalqların Demokratik Partiyası və Demokratik Solçu Partiyası qatılıblar.

 

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri 5 ildən bir keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2014-cü ilin martın 30-da baş tutub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN