Türkiyədə Əl-Bağdadinin 25 qohumu tutulub

Türkiyədə Əl-Bağdadinin 25 qohumu tutulub

GünAz TV: Türkiyə hakimiyyət orqanları İŞİD terror təşkilatının başçısı Əbubəkr Əl-Bağdadinin 25 qohumunu saxlayıb.


APA-nın xəbərinə görə, Türkiyə Cümhuriyyət Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, əl-Bağadinin qohumlarının tutulıması əməliyyatı ölkənin dörd əyalətində keçirilib.


Ümumilikdə 25 nəfər saxlanılıb. Onlardan 11-i Kırşehir, 5-i Samsun, 3-ü Ordu, 6-sı isə Şanlıurfada tutulub.


Tutulanlardan 4-ü barəsində silahlı terror təşkilatında iştirakda ittiham elan olunaraq məhkəmə tərəfindən həbs qərarı verilib.


Qalan 21 nəfər, o cümlədən 2 uşaq Türkiyədən deportasiya olunacaq.


Qeyd edək ki, İŞİD-in başçısı Əl-Bağdadinin məhv edilməsi barədə ABŞ Prezidenti Donald Tramp bu ilin oktyabrında açıqlama yayıb.


Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN