Türkiyədə helikopter qəzaya uğrayıb

Türkiyədə helikopter qəzaya uğrayıb

GünAz TV: Türkiyədə içində 12 nəfər olan helikopter qəzaya uğrayıb.

 

Bu gün Türkiyənin Tunceli rayonunda qəzaya uğrayan helikopterdə 7 polis, 2 hakim, 3 heyət üzvü olub.  Helikopter yerli vaxtla saat 13.30-da radardan itib.

 

Mediada yayılan məlumata görə, helikopterdəki hakimlər seçki komissiyasının üzvləri olublar.

 

Axtarış-xilasetmə əməliyyatları üçün Diyarbəkirdən bir hərbi bölük və 10 xilasedici Tunceliyə göndərilib. Qəzanın səbəbi hələlik məlum deyil.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN