Türkiyədə iki polis həlak olub

Türkiyədə iki polis həlak olub
GünAz TV: «Türkiyənin Suriyayla sərhəd olan Hatay vilayətində polis postunun atəşə tutulması nəticəsində iki polis əməkdaşı həlak olub, biri yaralanıb».

 

Terrorçularla atışma zamanı yaralanan 3 polisdən ikisi xəstəxanaya yerləşdirilsə də, orada keçinib. Hal-hazırda hadisə baş verən ərazidə terrorçuların neytrallaşdırılması üçün əməliyyatlar keçirilir.

 

Türkiyənin "Sabah" qəzetinin polis orqanlarındakı mənbələrinə istinadən yaydığı xəbərə görə, hücumda PKK terror təşkilatının əli var.

 

R.X


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN