Türkiyədə terrorçularla polis arasında atışma olub, ölən və yaralananlar var

Türkiyədə terrorçularla polis arasında atışma olub, ölən və yaralananlar var

GünAz TV: Türkiyənin Şanlıurfa bölgəsində terrorçularla xüsusi təyinatlı polislər arasında atışma olub.

 

Terrorçuların qəfil atəşinə məruz qalan polislərdən 1-i həlak olub, digər 2 nəfəri isə yaralanıb.

 

Türkiyə mətbuatının yaydığı məlumata görə, atışma zamanı 2 terrorçu zərərsizləşdirilib. Yaralanan polislər xəstəxanaya aparılıb.

 

Bölgədə geniş miqyaslı əməliyyat başladılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN