“Twitter” İran hökumətinə bağlı çoxlu sayda hesabı bağlayıb

“Twitter” İran hökumətinə bağlı çoxlu sayda hesabı bağlayıb

GünAz TV: “Twitter” İran hökumətinə bağlı olan mütəşəkkil dəstələrə məxsus minlərlə istifadəçi səhifəsini bağlayıb.

 

Sosial şəbəkənin saxta məlumat və xəbərlərin silinməsi istiqamətində həyata keçirdiyi növbəti addım çərçivəsində həm İran hökuməti ilə əlaqəli olan, həm də ona məxsus 4 min 779 istifadəçi səhifəsini bloklayıb.

 

Bundan başqa, “Twitter” bu günə qədər İranın kiber hücumları istiqamətində fəaliyyət göstərən minlərlə digər istifadəçi səhifələrini bağlayıb.

 

“Twitter”in yeni bağladılan səhifələrlə bağlı yaydığı məlumatda bildirilir ki, yeni addımlar çərçivəsində Sankt-Peterburq şəhərində yerləşən və saxta profillər yaradan əsas müəssisələrdən biri olan “İnternet Araşdırmaları Mərkəzi”nə məxsus 4 istifadəçi səhifəsi blok edilib.

 

Bloklanan İran hökumətinə məxsus səhifələrin əsas məqsədi sosial şəbəkədən istifadə etməklə, kiber hücumlar təşkil etmək və saxta məlumatlar yaymaq olub.

 

Ə.A

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN