Ukraynadan İrana uçan təyyarədə qanunsuz hərbi avadanlıq aşkarlanıb

Ukraynadan İrana uçan təyyarədə qanunsuz hərbi avadanlıq aşkarlanıb

GünAzTV: Ukrayna paytaxtı Kiyevin beynəlxalq “Julyanı” hava limanından İrana uçan təyyarədə qanunsuz hərbi avadanlıq aşkarlanıb. Bu barədə Rusiyanın “İnterfax” xəbər agentliyi yanvarın 22-də Ukraynanın sərhəd qvardiyasının sözçülərindən birinə istinadən məlumat yayıb.

 

Məlumatda bildirilir ki, təyyarənin göyərtəsində İrana daşınması nəzərdə tutulan yükün yoxlanılması zamanı,  sənədi olmayan 17 qutu hərbi avadanlıq aşkarlanaraq götürülüb. Bildirilir ki, həmin qutularda tanka qarşı uzaqdan idarə edilən “Faqot” tipli raketlər sisteminin hissələri və avadanlıqları yeləşdirilmişdi.

 

Təyyarənin ekipaj üzvləri isə bildiriblər ki, onlar həmin qutularda təyyarənin təmirində istifad edilən ehtiyat hissələri olduğunu güman etmişdilər. Qeyd olunur ki, Ukraynanın təhlükəsizlik qüvvələri həmin hərbi avadanlıqları beynəlxalq əmtəə daşınması qanunlarına zidd olduğunu nəzərə alaraq müsadirə etdikdən sonra Ukrayna hökumətinin ixtiyarına qoyublar.

 

Təyyarənin hansı aviasiya şirkətinə məxsus olduğu və aşkarlanan hərbi avadanlıqla bağlı kimlərinsə tutulub-tutulmadığı haqda məlumat yayılmayıb.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN