Ukraynanın NATO-ya qəbul olunmasının şərti açıqlandı

Ukraynanın NATO-ya qəbul olunmasının şərti açıqlandı

GünAz TV: Ukrayna bütün torpaqlarını əcnəbilərə satdıqdan sonra NATO-ya qəbul ediləcək.

 

“NewsOne” xəbər verir ki, bu sözləri Ali Radanın deputatı Mixail Dobkin deyib.

 

Dobkinin sözlərinə görə, Ukrayna açıq torpaq bazarı haqqında qanunun qəbul edilməsi ilə rəsmi şəkildə torpaqlarını satmağa başladıqdan altı ay sonra onu heç ərizəyə belə ehtiyac olmadan NATO-ya qəbul edəcəklər.

 

“Kimsə buradakı əmlakını qorumalı olacaq axı”, - deputat bildirib.

 

Dobkin, həmçinin, Baltikyanı ölkələrdə NATO-ya üzvlük zamanı sənaye istehsalı sahəsində gerilədiyini, işsizliklə bağlı vəziyyətin pisləşdiyini qeyd edib. Oxu.az

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN