Urmiya həbsxanasında daha 1 məhbus dara çəkilib

Urmiya həbsxanasında daha 1 məhbus dara çəkilib

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 məhbus edam edilib.

 

 İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, beş il əvvəl törəydiyi qətlə görə həbsdə saxlanılan Qoşaçay şəhər sakini, 62 yaşlı müttəhim Zaman Rzayi, dekabrın 31-i sübh saatlarında Urmiyanın mərkəzi zindanında dara çəkilib.

 

Müttəhim, barələrində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə, dekabrın 30-da daha 3 məhbusla birlikdə təkadamlıq kameraya köçürülmüşdü. Bildirilir ki, digər üç müttəhimin ölüm hökmünün icrası müxtəlif səbəblərə görə təxirə salınıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN