Urmiya zindanında daha 3 məhbus ölüm hökmünün icrasına hazırlıq üçün təkadamlıq kameralara köçürülüb

Urmiya zindanında daha 3 məhbus ölüm hökmünün icrasına hazırlıq üçün təkadamlıq kameralara köçürülüb

GünAzTV: İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilən daha 3 nəfər edam hökmünün icrasına hazırlıq üçün təkadamlıq kameralara köçürülüb.

 

İranlı hüquq müdafiəçilərinin verdiyi xəbərə əsasən, üç ilə yaxındır Qərbi Azərbaycan  əyalətinin mərkəzi sayılan Urmiya zindanında saxlanılan müttəhimlər (Maşallah Səyyad Novin, Məhəmmədrza Sadiqi və Tohid Əmini) iyulun 14-də ölüm hökmünün icrası ərəfəsində həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürülüb. Hər üç mütthimin yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkiləcəyi gözlənilir.

 

Xatırladaq ki, bu il Ramazan ayının başa çatmasından sonra İranda edamların sayı əvvəlkinə nisbətən bir neçə dəfə artıb. Bu isə məhbus ailələrinin, eləcə də yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub.

 

 

İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə dünyada birinci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər edam edilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN