Urmiya zindanında tibbi müalicədən məhrum edilən 3 məhbus həyatını itirib

Urmiya zindanında tibbi müalicədən məhrum edilən 3 məhbus həyatını itirib

GünAzTV: İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi sayılan Urmiya zindanında saxlanılan, tibbi müalicədən məhrum edilən 3 məhbus həyatını itirib. Bu barədə, İrandakı hüquq müdafiəçiləri məhbus ailələrinə istinadən sentyabrın 12-də məlumat yayıb.

 

Məlumatda bildirilir ki, son günlər, müxtəlif xəstəliklərdən əziyyət çəkən məhbuslar, Qulamrza Topraq Qala, Rza Mələk Rzayi və Səccad Cəmali Fərd, həbsxana rəhbərliyinin laqeydliyi ucbatından, vaxtında xəstəxanaya yerləşdirilmədiyinə və onlara lazım olan dərmanların çatdırılmadığına görə həyatlarını itiriblər.

 

Bildirilir ki, həyatını itirən məhbuslardan biri (Qulamrza Topraq Qala) alkoqollu içkilərin satışında günahlandırılırdı. Ölən digər iki məhbusun ittihamları açıqlanmayıb.

 

Qeyd olunur ki, cari ildə Urmiya zindanında ən azı 5 xəstə məhbus, tibbi müalicədən məhrum edildiyinə görə həyatını itirib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN