Urmiyada daha bir nəfər dara çəkilib

Urmiyada daha bir nəfər dara çəkilib

GünAzTV: İranda qətldə günahlandırılan ölümə məhkum edilən daha 1 nəfər edam edilib.  

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, qətldə təqsirli bilinən müttəhim Xalid Əmini avqustun 15-i sübh saatlarında İranın Urmiya şəhərinin mərkəzi zindanında dara çəkilib.

 

Xatırladaq ki, Xalid Əmini ilə birlikdə eyni ittihama görə ölümə məhkum edilən qardaşı Fəttah Əmini, iyulun 26-da Məhabad şəhərinin həbsxanasında dara çəkilib. Xalid, həmin vaxt qardaşı Fəttahla birlikdə ölüm meydançasına aparılsa da, naməlum səbəblər üzündən son anda müvəqqəti olaraq edamdan xilas edirərək saxlanıldığı korpusa qaytarılmışdı.

 

Bu il Ramazan ayının başa çatmasından sonra İranda edamların sayı əvvəlkinə nisbətən bir neçə dəfə artıb. Bu isə həm məhbus ailələrinin, həm də beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub.

 

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə dünyada 1-ci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər dara çəkilir.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN