“Urmu gölünə edilən valyuta vəsaiti hesabına Amerikaya səfər edilir” – Nadir Qazipur

“Urmu gölünə edilən valyuta vəsaiti hesabına Amerikaya səfər edilir” – Nadir Qazipur

GünAz TV: Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Urmu gölünə edilən valyuta vəsaiti hesabına İran rəsmilərinin Amerika Birləşmiş Ştatlarına səfər etdiyini bildirib.

 

O bu barədə “Mizan” xəbər agentliyinə danışıb.

 

“Xoşbəxtlikdən Urmu gölündə suyun səviyyəsi ötən ilə nisbətən 1.02 metr artıb. Bütün bunlar Allahın mərhəmətidir. Lakin təəssüflər olsun ki, Urmu gölünə hədiyyə edilən valyuta vəsaiti bizim əlimizə çatmayıb. Ona görə də cənab Cahangiri Urmu Gölünü Canlandırma Mərkəzinin rəisi kimi cavabdeh olmalı, bəzi ölkələrin Mərkəzə göndərdiyi valyuta vəsaitinin bu günədək harada xərcləndiyi barədə bizə məlumat verməlidir.”- deyə o bildirib.

 

Azərbaycanlı millət vəkili sözlərinin davamında vurğulayıb: “Bizdə ola məlumata görə, Urmu gölünün canlandırılması üçün 300 milyon dollardan çox yardım edilib. Bu vəsaitin hesabına 7 nəfər Amerika Birləşmiş Ştatlarına səfər edib. Bu barədə Urmu Gölünü Canlandırma Mərkəzinə heç bir raport təqdim olunmayıb.”

 

Cari ildə artan yağıntıların hesabına Urmu gölündə vəziyyət ötən ilə nisbətən müsbətə doğru dəyişib. İran hökuməti bunu dövlətin əməyi kimi qələmə verməyə çalışır. Lakin Azərbaycan milləti İran dövlətinin Urmu gölünün canlandırılması üçün heç iş görmədiyinin fərqindədir. Bu məsələni bəzi yerli məsullar, o cümlədən Urmiyanın millət vəkilləri də dəfələrlə vurğulayıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN