Uyğur türklərindən olan qadın Çin düşərgələrindəki dəhşətlərdən danışır

2019-02-05 11:19

GünAz TV: Çinin Sincan vilayətində 10 milyon uyğur türkü yaşayır. BMT-nin verdiyi məlumata görə, bir milyondan çox uyğur Çin hökümətinin repressiyalarına məruz qalaraq saxlanma mərkəzlərindədir. Rəsmi Pekin bu mərkəzləri “yenidən təhsil mərkəzləri” adlandırır və istənilən insan haqları pozuntusu hallarını rədd edir. Lakin saxlanma məntəqəsindən Amerika Birləşmiş Ştatlarına (ABŞ) qədər gələn uyğur qadının da təsdiqlədiyi kimi qanun pozuntuları halları barədə məlumatlar hələ də var.

 

Bu qadın öz uşaqları ilə Virciniya ştatının Feyrfəks şəhərində yaşayır. Paytaxt Vaşinqtonun kənarında yerləşən bu şəhər onun bir zamanlar ölüm və ya ömürlük həbs kimi qaşılaşdığı yerlərdən minlərlə kilometr uzaqdır.

 

"Heç zaman ABŞ-a gələcəyimi düşünə bilməzdim, Misirə gətsəm ən azından təhlükəsizlikdə olacağımı düşünürdüm", Mihrigül Dursun sabiq düşərgə məhbusu.

 

Sincanda Uyğur müsəlman ailəsində anadan olan Mihrigül Dursunun arzuları olub. O, TV reklamları modeli olub, sonradan Çində bir sıra müsəlman ölkələrinə səfər etmək imkanı verən ixracat firmasına işə düzəlib. Sonradan o, işi tərk edərək, Misir universitetinə qəbul olub, ailə qurub və üçəm övladları olub. 2015-ci ildə o, anasını görmək üçün evə dönüb, onun problemləri də elə o zaman başlayıb.

 

"Mən Urumçi hava limanında idim, onlar məni üç uşağımdan ayırdılar, ağzımı lentlə bağlayıb, başıma torba keçirdilər. Əllərimi qandalladılar və saxlanma düşərgəsinə apardılar", Mihrigül Dursun sabiq düşərgə məhbusu.

 

BMT müsəlmanların bu saxlanma məntəqələrində dinlərini dəyişməyə məcbur edildiklərini bildirib. Çin rəsmiləri bunu inkar edir.

 

Mihrigül Çin rəsmilərinin onun casus olduğuna inandıqlarını və İslam dininindən dönmədiyi üçün işgəncələrə məruz qaldığını bildirir.

 

İşgəncələr zamanı artıq çox dözülməz olanda mən özümü saxlaya bilməyib, Ya Allah dedim, beləcə onlar bildilər", Mihrigül Dursun sabiq düşərgə məhbusu..

Bu təkcə fiziki işgəncə deyil, həm də psixoloji işgəncə idi.

 

"Onlar mənə deyirdilər: dünən anan ölüb, atan da ölüb. Qardaşın və bacın həbsdədir. Sən heç hara gedə bilməzsən. Oğlunun boynu qırılmışdı, o öldü. Qızın xəstəxanadadır, bəlkə də orda ölür. Sən də tezliklə öləcəksən”, Mihrigül Dursun sabiq düşərgə məhbusu.

 

O öldüyü halda uşaqlarını nə gözlədiyini dərk edib, Çin rəsmilərinə uşaqlarının Misir vətəndaşı olduğunu və onlara zərər verildiyi halda bunun böyük diplomatik qalmaqala səbəb ola biləcəyini deyib.

 

Çin rəsmiləri Mihrigülün uşaqlarının vətəndaşlığını müəyyən etdikdən sonra onlar uşaqları ölkədən çıxarmaq istəyib. Lakin Misir səfirliyi uşaqların anaları ilə görüşməsinə israr edib. Mehrigül Misir rəsmiləri ilə görüşdüyü zaman özünün də Misir vətəndaşı olduğunu bildirib. Bu keçən il onun "yenidən tərbiyə düşərgəsi"ndən xilas olmağa və ABŞ-a gəlməyinə səbəb olub.

 

"Saxlanma məntəqəsində olduğum zaman orada azadlığa çıxdıqları zaman nə edəcəklərini düşünən edən bir çox qadın var idi. Mən özümə ölənədək onların səsi olacağıma söz verdim. Onların eşidiləcəyinə əmin olmalıyam", Mihrigül Dursun sabiq düşərgə məhbusu.

 

Və o bunu edir. Mehrigül öz hekayəsini bölüşmək və Uyğur müsəlmanlarına dəstək qazanmaq üçün ABŞ millət vəkilləri ilə görüşüb. (Amerikanın səsi)

 

Videonu izləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:

https://www.amerikaninsesi.org/a/uy%C4%9Fur-qad%C4%B1n/4771802.html

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda koronavirusdan ölənlərin sayı 25 000 nəfəri keçib

2020-09-24

gun az article

Səhhəti ağır vəziyyətdə olan Nəsrin Sütudə xəstəxanadan həbsxanaya geri qaytarılıb

2020-09-24

gun az article

Əlirza Zali: “Gələn həftə Tehranda xəstəliklə bağlı vəziyyət çox ağır olacaq”

2020-09-24

gun az article

İranın 3 Avropa ölkəsində olan səfirləri bu ölkələrin Xarici İşlər Nazirliklərinə çağırılıb: Həbslər və siyasi repressiyaya görə

2020-09-24

gun az article

Əlbürz əyalətində daha 12 nəfər koronavirusdan vəfat edib

2020-09-24

gun az article

Səudiyyə Kralı İrana qarşı daha kəskin tədbirlərin görülməsini istəyib

2020-09-24

gun az article

Tehran-Zəncan şosesində ağır qəza: Yerüstü keçid uçub, ölən və yaralananlar var

2020-09-24

gun az article

İranda dollar uçmaqda davam edir, 1 dollar 28 120 tümən

2020-09-24

gun az article

İranda dolların məzənnəsində yeni rekord qeydə alınıb

2020-09-23

gun az article

İranda daha 184 nəfər “Covid-19”dan ölüb, 3605 yeni növ koronavirusa yoluxma halı aşkarlanıb

2020-09-23

gun az article

Zərifin Türkiyəyə nəzərdə tutulan səfəri son anda ləğv edilib

2020-09-23

gun az article

"Sepah" işçiləri Nazənin Zağəriyə təzyiq göstərirlər

2020-09-23

gun az article

İranın Əlbürz əyalətində daha 13 nəfər koronavirusdan ölüb

2020-09-23

gun az article

Tehranda dondurma zavodunda güclü yanğın baş verib- VİDEO

2020-09-23

gun az article

İran Tibb Sistemi Təşkilatının baş direktoru koronavirusa yoluxub

2020-09-23

gun az article

Səudiyyə Ərəbistanı: "İranla hər cür razılaşma nüvə silahının yayılmaması ilə nəticələnməlidir"

2020-09-23

gun az article

Hormozqan əyalətində 4.2 bal gücündə zzəlzələ olub

2020-09-23

gun az article

Rusiyalı ekspertlər: Cənubi Qafqazda sülhə nail olunmasının yolu Ermənistanın işğal olunmuş əraziləri tərk etməsidir

2020-09-22

gun az article

İlam əyalətində koronavirusdan vəfat edənlərin sayı 239 nəfərə çatıb

2020-09-22

gun az article

Amerika İranın nüvə və raket peoqramı ilə əməkdaşlıq edən onlarla şəxsə və quruma sanksiya qoyub

2020-09-22