Valyuta problemi səbəbindən xaricdə fəaliyyət göstərən İran məktəblərinin 150 müəllimi ölkəyə geri qayıdacaq

Valyuta problemi səbəbindən xaricdə fəaliyyət göstərən İran məktəblərinin 150 müəllimi ölkəyə geri qayıdacaq

GünAz TV: İran Təhsil Nazirliyinin məlumatına görə, xaricdə fəaliyyət göstərən İran məktəblərində 2 il və daha artıq müddətdə işləyən müəllimlər ölkəyə geri qayıtmalıdırlar. Bunun səbəbinin ölkədə xarici valyuta qıtlığının yaranması və pul transferi sahəsində mövcud olan məhdudiyyətlər olduğu qeyd edilir.

 

İran Təhsil Nazirliyinin beynəlxalq məsələlər və xaricdə fəaliyyət göstərən İran məktəbləri ilə iş üzrə mərkəzinin sədri Qulamrza Kərimi bildirib ki, qeyd edilən səbəblərə görə, may ayından təqribən 150 müəllim ölkəyə geri qayıdacaq.

 

Kərimi həmçinin İran pulunun kəskin dəyərdən düşməsi səbəbindən, bu müəllimlərin son 6 ayda əmək haqlarının verilmədiyini, həmin pulların bu ilin büdcəsindən qənaət edilərək öcənəcəyini əlavə edib.

 

Qeyd etmək lazımdır ki, 2018-ci ilin may ayında Amerika Birləşmiş Ştatları nüvə razılaşmasından çıxaraq, İrana qarşı yenidən sanksiya tətbiq edib. Bundan sonra ölkə valyutası kəskin olaraq dəyərdən düşüb və bütün ölkə ərazisində bahalıq və qıtlıq yaşanır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN