Vaşinqton Şimali Koreya sınaqları ilə əlaqədar Seul və Tokio ilə fəaliyyət qurur

Vaşinqton Şimali Koreya sınaqları ilə əlaqədar Seul və Tokio ilə fəaliyyət qurur

GünAz TV: Vaşinqton KXDR (Şimali Koreya) hökumətinin Sohe təlim poliqonunda daha bir ballistik raket sınaq keçirməsi barədə məlumatlarla əlaqədar rəsmi Seul və Tokio ilə qarşılıqlı fəaliyyət göstərir.

 

APA xəbər verir ki, bu barədə şənbə günü Amerika Birləşmiş Millətlər (ABŞ) Dövlət Departamentinin nümayəndəsi “TASS” agentliyinə açıqlamasında deyib.

 

“Sınaq haqqında məlumatları gördük, cənubi koreyalı və yaponiyalı müttəfiqlərimizlə sıx əlaqədəyik”, - Dövlət Departamentinin nümayəndəsi belə deyib.

 

Eyni zamanda, departamentin nümayəndəsi Pxenyanın son zamanlar sınaqları həyata keçirilən müdafiə texnologiyalarından Amerikanın nüvə təhdidlərinə qarşı mübarizə aparmaq üçün istifadə edəcəyi ilə bağlı Koreya Xalq Ordusu Baş Qərargah rəisi Pak Çon Çxonun söylədiyi sözlərə şərh etmək istəməyib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN