Vaşinqton: Suriya rejimi həbsxana yaxınlığında krematorium inşa edib

Vaşinqton: Suriya rejimi həbsxana yaxınlığında krematorium inşa edib

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibinin müavini Suriyanın həbsxana yaxınlığında krematorium (cəsəd yandırılan bina) inşa etdiyini bildirib.

 

Stüart Consun dediyinə görə, krematorium Sayednaya həbsxanası yaxınlığında tikilib. O, buradan cəsədlərin yandırılması üçün istifadə edildiyindən şübhələnildiyini bildirib.

 

Minlərlə insanın saxlandığı həbsxanada hər gün 50-dən çox məhbusun edam edildiyi bildirilir. Əsəd rejimi krematoriumdan kütləvi qırğınların ört-basdır edilməsi üçün istifadə edir.

 

Consun sözlərinə görə, ABŞ-ın Astanada əldə edilən razılığa əsasən deeskalasiya zonalarının yaradılmasına skeptik münasibət bəsləməyə əsası var.

 

O, Amnesty International-ın hesabatına istinad edərək, 2011-ci illə 2015-ci illər arasında həbsxanalarda 5 mindən 11 minədək insanın öldürüldüyünü deyib.

 

Cons Əsəd rejiminin 4 il ərzində 65 minlə 117 min arasında insanı həbs etdiyini bildirib.

 

Suriyanın 6 illik müharibəsi 400 min insan həyatı bahasına başa gəlib. (Amerikanın səsi)

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN