Venesuela müxalifətinin lideri özünü prezidentin səlahiyyətlərini icra edən elan edib, keçirilən aksiyalarda ölənlər var - GÖRÜNTÜ

Venesuela müxalifətinin lideri özünü prezidentin səlahiyyətlərini icra edən elan edib, keçirilən aksiyalarda ölənlər var - GÖRÜNTÜ

GünAz TV: Venesuela Milli Assambleyasının (birpalatalı parlament) sədri və müxalifət lideri Xuan Quaydo özünü prezidentin vəzifəsini icra edən elan edib.

 

"Trend"in yaydığı məlumatda bildirilir ki, bu barədə X.Quaydo müxalifətin Karakasın Çakao rayonunda keçirilən mitinqi zamanı bildirib.

 

X.Quaydo deyib: "Mən rəsmi olaraq Venesuela prezidentinin səlahiyyətlərini icra etməyə and içirəm".

 

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp X.Quaydo artıq Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.

 

Prezident Nikolas Maduroya qarşı etiraz aksiyaları keçirilib, aksiyalarda ölənlərin sayı altıya çatıb. Oxu.az bildirir ki, iki nəfər San-Kristobal şəhərində keçirilən aksiyalarda ölüb. Daha dörd nəfər Barinas ştatında baş tutan mitinqdə ölüb. Aksiyalar zamanı 30-dək adam yaralanıb.

 

Bildirilir ki, artıq bəzi Latın Amerika ölkələri müxalifət lideri Xuan Quaydonu Venesuela prezidenti kimi tanıyıb. Bunlar Çili, Paraqvay, Kolumbiya, Peru və Braziliyadır.

 

Nikolas Maduro isə ölkəsinin ABŞ-la diplomatik əlaqələri kəsdiyini bəyan edib. O, amerikalı diplomatlara Venesuelanı tərk etmək üçün 72 saat vaxt verib.

 

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN