"Washington Post" Qumun Məsumə qəbirsanlığında koronavirusdan ölənlər üçün çoxlu sayda kütləvi qəbir qazıldığı barədə məlumat yayıb- FOTO

GünAz TV: "Washington Post" Qum şəhərinin Məsumə qəbirsanlığında koronavirusdan ölənlər üçün kütləvi qəbirlərin qazıldığı barədə məlumat yayıb.

 

Peyk vasitəsilə çəkilmiş şəkilləri dərc edən qəzet bildirib ki, qazılan quyuların diametri o qədər böyükdür ki, hətta onları peykdən rahatlıqla görmək olur.

 

Qəzetin xəbərinə əsasən, epidemiyanın ölkəyə ayaq açmasından bir neçə gün sonra iranlı rəsmilər qəbirsanlıqlarda ölənləri basdırmaq üçün xəndək formalı kütləvi qəbirlər qazmağa başlayıblar. Belə olan təqdirdə, ilk gündən iranlı rəsmilərin qurbanları dəfn etdirmək üçün böyük xəndəklər qazdırmaların qəribədir.

 

"Peykdən çəkilmiş fotolar göstərir ki, çoxlu sayda qəbir qazılması prosesi fevralın 21-dən, yəni koronavirusun İranda yayılmasının rəsmən elan edilməsindən 2 gün sonradan başlayıb, sonrakı günlərdə isə daha da şiddətlənib. Təqribən iki həftə ərzində Qumun Məsumə qəbirsanlığında 90 metr uzunluqda iki böyük xəndək qazılıb. Onlar həddən artıq böyük olduğundan, kosmosdan peyk vasitəsilə də görünürlər", - deyə "Washington Post"un xəbərində vurğulanır.

 

 

Qəzet bildirir ki, mütəxəssislərin rəyi, rəsmilərin çıxışları və şahidlərin dediklərindən həmin xəndəklərin Qumda koronavirusdan ölən insanların çox olması səbəbindən qazıldığını göstərir. Epidemiyadan dünyasını dəyişən şəxslər həmin kütləvi qəbirlərdə dəfn edilirlər.

 

Rəsmi Tehran xəstəlik qurbanlarının sayını 611 nəfər elan etsə də, "Washington Post" həqiqi rəqəmləri göstərilən statistikanı dəfələrlə aşdığını bildirir.

 

Digər tərəfdən, İran Parlamentinin deputatı Əhməd Əmirabadi Fərahani fevralın 24-də jurnalistlərlə görüşündə Qumda koronavirusdan həmin günə qədər azı 50 nəfərin öldüyünü demişdi. İran Səhiyyə Nazirliyi faktı dansa da, özü bu xüsusda rəqəmləri açıqlamamışdı.

 

Martın 5-də isə İranda yaradılmış Qum əyalətinin Böhran İdarəetmə Təşkilatının iclasında qeydə alınan səs yazısı media orqanlarında yayılmışdı. Həmin səs yazısında 1 nəfər o günə qədər koronavirusdan ölmüş 120 nəfərin dəfnindən söhbət açırdı. Həmin şəxsin dediklərini İranın Səhiyyə Nazirliyi bu günə qədər nə təsdiq, nə də təkzib edib.

 

İranın Səhiyyə Nazirliyi Qumda 846 nəfərin epidemiyaya yoluxduğunu bildirsə də, son günlər ərzində bu Şəhrdə qeydə alınmış ölüm hallarını açıqlamır. Nazirliyin statistikasında ölüm halları yalnız ölkə üzrə təqdim edilir.

 

"Washington Post" bildirir ki, yuxarıda qeyd edilmiş qəbirsanlıqda müşahidə edilən əhəng tozlarının qalıqlarının çoxluğu burada kütləvi dəfnlərin həyata keçirildiyindən xəbər verir.

 

İranlı rəsmilər koronavirusun yayılmasının qarşısının alınması üçün dəfn zamanı əhəngdən istifadə etdiklərin təsdiqləyirlər.

 

"Washington Post"un xəbərində həmçinin bir neçə nəfərin birlikdə dəfni üçün qazılmış quyulara doğru tabut aparan insanları əks etdirə videolar da yerləşdirilib. Həmin videolar Qum sakinləri tərəfindən çəkilib.

 

Fevralın 28-də çəkilmiş həmin videolardan birində bir nəfər yerli sakin həmin günə qədər belə qəbirlərdə 80 nəfərin basdırıldığını deyir.

 

Digər Qum sakini martın 3-də çəkdiyi videoda bildirir ki, Məsumə qəbirsanlığının işçilərində biri həmin günə qədər azı 250 nəfərin orada dəfn edildiyini deyib. Lakin İran rəsmiləri martın 3-nə qədər Qumda yalnız 77 nəfərin xəstəlikdən öldürdüyünü iddia edirdilər.

 

Həmin şəxs, hətta sübut kimi Məsumə qəbirsanlığında təzə dəfn olunmuş insanların qəbirlərini də videoya çəkib nümayiş etdirir.

 

Qeyd etmək lazımdır ki, İran rejimi bütün hallarda olduğu kimi, koronavirus qurbanlarının sayını da gizlətməyə çalışır. Müxtəlif mənbələrin təqdim etdikləri sübutlar ölənlərin sayının rəsmi statistikadan qat-qat çox olduğunu göstərir.

 

Ə.A

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN