Xalid bin Salman: “İran rejimi regionda qarışıqlıq yaratmağa davam edir”

Xalid bin Salman: “İran rejimi regionda qarışıqlıq yaratmağa davam edir”

GünAz TV: Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfəri Xalid bin Salman fevralın 13-də Varşava konfransı ilə bağlı bildirib ki, “təqribən 70 ölkə regionda sülh və təhlükəsizliyi təhdid edən və bu təhdidlərdən ən böyüyü olan, dünyanın 1 nömrəli terrorizm hamisi İran rejimi ilə mübarizə yolları barəsində fikir yürütmək üçün bir araya gəlib”.

 

Onun sözlərinə görə,  “Tehran rejimi regionda qarışıqlıq yaratmağa davam edir və Səudiyyə Ərəbistanı və Yəməndə sivil əhaliyə qarşı atılan raketlər bu addımların bariz nümunələrindəndir”.

 

Xatırladaq ki, Varşava konfransının keçiriləcəyi barədə xəbəri Pompeo yanvarın 11-də Orta Şərq regionuna səfəri zamanı “Fox News” agentliyinə açıqlamasında vermişdi. O demişdi ki, Varşava konfransına Amerika başçılıq edəcək: “Amerika fevral ayında İran mövzusu ilə bağlı Polşada  beynəlxalq bir konfrans keçirəcək. Bu konfransda ölkələr bir araya gələrək, Orta Şərqdə sülh, sabitlik, azadlıq və təhlükəsizlik məsələlərini, eləcə də İranın regionda yürütdüyü siyasətini müzakirə edəcəklər. Konfransa, Asiya, Afrika, Avropa və Orta Şərqdən bir sıra ölkələrin nümayəndələri qatılıb”.

 

Konfrans fevralın 13-də öz işinə başlayıb və hazırda davam edir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN