Xalqın molla rejiminə qarşı üsyanı davam edir, Tuyserkanda hökumət qüvvələri etirazçılara atəş açıb, ölənlər var- VİDEO

Xalqın molla rejiminə qarşı üsyanı davam edir, Tuyserkanda hökumət qüvvələri etirazçılara atəş açıb, ölənlər var-  VİDEO

GünAzTV: Dekabrın 31-də İranın bir neçə şəhərində molla rejiminə və hakim ruhanilərə qarşı kütləvi etirazlar gecə saatlarına qədər davam edib.

 

Paytaxt Tehranın Firdovsi meydanında toplaşan etirazçılar, “Xamneyiyə ölüm”, “Diktatora ölüm”, “Xamneyi! Abır-həyan olsun, utan xəcalət çək, hakimiyyətdən əl çək” və digər şüarlar səsləndirərək İranın dini liderinin hakimiyyətdən getməsini tələb ediblər. Hüquq-mühafizə qüvvələri etirazçıları dağıtmaq üçün dəyənək və su şırnaqlarından istifadə etsə də, buna nail ola bilməyib və etirazlar gecə saatlarına qədər davam edib. Etirazlarda onlarla aksiyaçının tutularaq naməlum istiqamətə aparıldığı bildirilir.

 

Etirazlar, həmçinin Kərəc, Əhvaz,  Kirmanşah və Güney Azərbaycanın Həmədan əyalətinin Tuyserkan şəhərində də davam edib. Tuyserkanda isə hökumət qüvvələri “Xamneyiyə ölüm” şüarları səsləndirən gənc etirazçılara odlu silahlardan atəş açıblar. Atəş nəticəsində bir neçə nəfərin ölməsi və yaralandığı bildirilir. Hazırda Tuyserkanda vəziyyətin çox gərgin olduğu və onlarla aksiyaçının yaxalandığı qeyd olunur.

 

                                       Tehran, Firdovsi meydanı

 

Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Son günlər isə etirazçıların səsləndirdiyi şüarlar daha sərtləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib.

 

İranın 30-a yaxın şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna, rejimin daxili və xarici müdaxiləçi siyasətinə qarşı keçirilən etirazlarda, axund Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə qarşı ölüm şüarları səsləndirilib. Etirazlar davam etdir.

 

VİDEO:

 

https://www.youtube.com/watch?v=2EzD8BIl4XM

 

A.M   


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN