Xamneyi “Bəsic” üzvlərini xalqa qarşı kompleks casusluğa çağırdı: “Bütün məhəllələrdə yerləşin”

Xamneyi “Bəsic” üzvlərini xalqa qarşı kompleks casusluğa çağırdı: “Bütün məhəllələrdə yerləşin”

GünAz TV: Bu gün 1 qrup “Bəsic” komandanı və üzvü ilə görüşən İranın “dini lider”i Əli Xamneyi ölkədə baş verən son etirazları “dərin, geniş və çox təhlükəli məkrli plan” adlandırıb.

 

Polis, “Bəsic” və “Sepah” terror təşkilatını etirazların yatırılmasında göstərdikləri “xidmətlərə” görə öyən Xamneyi “Bəsic”in “dünyada ən böyük mədəni, ictimai və hərbi təşkilat” olduğunu iddia edib.

 

O, həmçinin “Bəsic” üzvlərini bütün məhəllələrdə yerləşməyə, bununla da həmin məhəllələrdə baş verən müxtəlif hadisələr qarşısında “strategiya və taktika” formalaşdırmağa çağırıb.

 

“Bəsicilər məscidlərlə əlaqələrini möhkəmləndirsinlər, administrativ işlərin əsirinə çevrilməsinlər”, - deyə Xamneyi əlavə edib.

 

Xatırladaq ki, rəsmi rəqəmlərə əsasən, noyabrın 15-də İranın 27 əyalətinin 500-dən artıq nöqtəsində benzinin bahalaşmasına qarşı etiraz aksiyaları başlamış və təqribən 5 gün davam etmişdi.

 

“Amnesty İnternational”ın məlumatında etirazlar zamanı təhlükəsizlik qüvvələrinin açdıqları atəş nəticəsində azı 143 nəfər ölüb.

 

İranlı rəsmilər, eləcə də Əli Xamneyi benzinin bahalaşmasına qarşı xalqın etiraz etməsini xarici dövlətlərin “məkrli planları” kimi qələmə verirlər. Lakin onlar iddia etdikləri bu “plan”la bağlı hər hansı bir dəlil nümayiş etdirmirlər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN