Xamneyi: “Biz müzakirəyə hazırıq, amma Amerika ilə deyil”

Xamneyi: “Biz müzakirəyə hazırıq, amma Amerika ilə deyil”

GünAz TV: İranın “dini lider”i Əli Xamneyi uzun illərdən sonra bu gün ilk dəfə keçirtdiyi cümə namazı zamanı Qərb əleyhinə fikirlər səsləndirib.

 

O, xütbə əsnasında hər zaman olduğu kimi, bu gün də Amerika və Avropa ölkələrinə qarşı çıxışı ilə yadda qalıb.

 

Xamneyi avropalılara etimad etmədiyini, onların “Amerikaya qulluq etdikləri”ni deyib.

 

“ABŞ-ın nüvə razılaşmasından çıxmasından sonra mən bildirdim ki, onlara (avropalılara-red.) etimad etmirəm, onlar Amerikanın qulluğunda duracaqlar. Avropa ölkələri Amerikanın nökərləridir. Həmin zəlil ölkələr İran xalqını diz çökdürmək istəyirlər. Siz (Avropa ölkələri-red.) İranı diz çökdürəcək qədər böyük deyilsiniz”,- deyə Xamneyi əlavə edib.

 

“Dini lider” ölkəsinin Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsini vurmaqla, 176 nəfəri öldürməsinə də fərqli reaksiya verib. O, “hadisəyə sevinən düşmənlər”in bundan istifadə edərək, Qasım Süleymani məsələsini 2-ci plana keçirməyə çalışdıqlarını iddia edib.

 

Xamneyi həmçinin mövcud vəziyyətdən çıxış yolu kimi xalqı güclü və qüdrətli olmağa çağırıb. Lakin o, hazırki ağır iqtisadi vəziyyətdə qüdrətli olmağın yollarını açıqlamayıb.

 

Xamneyi sonda müzakirədən boyun qaçırmadıqlarını, lakin ABŞ ilə müzakirə aparmayacaqlarını bəyan edib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN