Xamneyi: “Bu gün bəzi region ölkələrinin gördüyü işlər, onların məhvi ilə nəticələnəcək”

Xamneyi: “Bu gün bəzi region ölkələrinin gördüyü işlər, onların məhvi ilə nəticələnəcək”

GünAzTV: İranın dini lideri Əli Xamneyi dekabrın 6-da ölkə rəsmiləri və Tehranda keçirilən İslam Birliyi Konfransına qatılmaq üçün ölkəyə gələn xarici qonaqlar qarşısında çıxış edərək, Amerika, İsrail və bölgənin bir sıra ərəb ölkələrinə qarşı sərt bəyanatlar səsləndirib.

 

Öz çıxışında Amerika, İsrail və onların regional müttəfiqlərini “müasir dövrün Fironları”, bölgənin ərəb ölkələrinin rəhbərlərini isə “cahil” adlandıran Xamneyi, ABŞ prezidenti Donald Trampın Beytülmüqəddəsi İsrailin yeni paytaxtı kimi tanıyacağı ilə bağlı mümkün qərarını pisləyib: “Bu, onların gücsüz və zəif olmasının nişanəsidir. Onlar bu hədəflərini reallaşdıra bilməyəcəklər. Şübhə yoxdur ki, islam dünyası onların bu məkrli planının qarşısında dayanacaq, sionistlər isə daha böyük zərbəyə məruz qalacaqlar. Sonunda isə əziz Fələstin azad olacaq.

 

Amerikanın bəzi siyasətçiləri bilərəkdən, yaxud da bilməyərəkdən belə bir fikir ortaya atıblar ki, sionist rejiminin təhlükəsizliyini qorumaq üçün Asiyanın qərbi hissəsində savaş və qarşıdurma olmalıdır. Bölgədə Amerikanın ardınca gedənlər qarşısında bizim dilimiz nəsihət dilidir. Biz, regiondakı bəzi cahillərin dediklərinə cavab vermək istəmirik. Biz, sadəcə olaraq onları nəsihət edir, bildiririk ki, bu gün bəzi region ölkələrinin gördüyü işlər, o cümlədən də onların  dünya zülmkarlarına xidmət göstərməsi yalnız onların özlərinə ziyan edəcək və sonunda bu onların məhvi ilə nəticələnəcək.

 

Təəssüflər olsun ki, bu gün bölgənin bəzi hökmranları Amerikanın havası ilə çalıb oynayır, onların islama qarşı istədiyi hər bir işi yerinə yetirirlər. Bizim müsəlman dövlətlərlə heç bir ixtilafımız yoxdur. Biz, birlik tərəfdarıyıq. Lakin bunun qarşısında regionda elə qüvvələr var ki, savaş və müharibə tərəfdarıdırlar. Çünki onların siyasəti savaş üzərində qurulub. Biz isə buna imkan verməyəcəyik”.

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN