Xamneyi: “Əsrin sövdələşməsi layihəsi Tramp ölməmişdən öncə öləcək”

Xamneyi: “Əsrin sövdələşməsi  layihəsi Tramp ölməmişdən öncə öləcək”

GünAz TV: İranın “dini lider”i bu gün Amerika prezidenti Donald Trampın İsrail-Fələstin münaqişəsinin həlli üçün irəli sürdüyü “Əsrin sövdələşməsi” layihəsini tənqid edib.

 

O, bildirib ki, sözügedən layihə “Tramp ölməmişdən öncə öləcək”. Xamneyi məsələ ilə əlaqəli digər açıqlama verməyib.

 

Xamneyi həmçinin İranda fevralın ayının 21-də keçiriləcək Milli Məclis seçkilərindən də danışıb. O, xalqı seçkilərdə iştirak etməyə çağırıb.

 

Qeyd etmək lazımdır ki, İranın Konstitusiyaya Nəzarət Şurasının seçkilərdən öncə namizədlərin təsdiqlənməsi prosesində yol verdiyi kompleks saxtakarlıqlar ölkə rəsmiləri arasında yeni qalmaqala səbəb olub. İslahatçılar artıq indidən Milli Məclisdə oturacaq deputatların adlarının müəyyən olduğunu bildirirlər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN