Xamneyi: “İsrail hökmən məhv ediləcək”

Xamneyi: “İsrail hökmən məhv ediləcək”

GünAzTV: İranın dini lideri Əli Xamneyi iyunun 15-də Ramazan bayramı münasibətilə ölkə rəsmiləri ilə görüşərək İsrailə qarşı sərt bəyanatlar səsləndirib.

 

Öz çıxışında, Tel-Əvivi regionun müsəlman ölkələri arasında ixtilaf salmaqda günahlandıran axund Xamneyi, İsrailə qarşı əvvəlki şüarlarını yenidən təkrarlayıb: “Sionist İsrail rejiminin problemi, onun legitimsizliyidir. Sözsüz ki, qanunsuz əsaslarla yaranmış bu rejim, Allahın köməkliyi və müsəlman millətlərinin iradəsi ilə məhv edilib aradan qaldırılacaq. Dünya müstəmləkəçilərinin bölgədə yürütdüyü bugünkü siyasəti, müsəlman ölkələrin əhalisi arasında ixtilaf salmaq, uçurum yaratmaqdır. Məhz buna görə də, hesab edirəm ki, cinayətkar Amerika və sionistlərin bu siyasətinin qarşısını almağın yeganə yolu, düşmənin bu niyyətindən xəbərdar olub, qarşısında dayanmaqdır.

 

Axund Xamneyi, həmçinin müstəqil Fələstin dövlətinin yaranması üçün fələstinlilər arasında referendum keçirilməsini vacib saydığını da bəyan edib: “Düşünürəm ki, həqiqi fələstinlilər arasında belə bir referendumun keçirilməsi və Fələstin dövlətinin yaranması, əslində İsrailin məhvi deməkdir”.

 

Qeyd edək ki, İsrailə qarşı pafoslu bəyanatları ilə tanınan axund Xamneyi, bir neçə il əvvəl çıxışlarının birində İsrailin qarşıdan gələn 25 ildə məhv ediləcəyini bildirmişdi.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN