Xamneyi “Milli İnkişaf Fondu”ndan hərbi məqsədlər üçün 1.5 milyard dollar vəsait ayırılmasına göstəriş verib

Xamneyi “Milli İnkişaf Fondu”ndan hərbi məqsədlər üçün 1.5 milyard dollar vəsait ayırılmasına göstəriş verib

GünAz TV: Bu barədə İranın 1398-ci il büdcə layihəsinin uyğunlaşdırılması komissiyasının üzvü Mahmud Nigəhban Salami məlumat verib.

 

Onun dediklərinə əsasən, fevralın 4-ü günorta saatlarında keçirilən görüşdə İran “dini lider”i Xamneyi gələn il (1398) “Milli İnkişaf Fondu”ndan hərbi məqsədlər üçün 1.5 milyard götürülməsi ilə bağlı razılıq verib.

 

Qeyd etmək lazımdır ki, Fondun əsasnaməsində qurumun təsisi ilə bağlı müddəalarda onun hərbi məqsədlər üçün pul vəsaiti ayırması nəzərdə tutulmayıb. Əsasnamədə bildirilir ki, “ bu Fond neft, qaz və qaz kondensatlarının (LNG), eləcə də, neft məhsullarının satışından əldə edilən gəlirin bir hissəsini qiymətli metallara və gəlirli iqtisadi kapitala çevirmək, həmçinin gələcək nəsillərin neft- qaz və neft məhsulları payının qorunması məqsədilə təşkil edilir”.

 

Bu, Fonddan hərbi məqsədlər üçün pul ayrılması ilə bağlı ilk hal deyil. Ötən il də Xamneyi Fondun büdcəsindən 4 milyard dollar ayrılması ilə bağlı göstəriş vermişdi. Bu pulların 2.5 milyard dolları hərbi məqsədlər üçün sərf edilmişdi.

 

Xatırladaq ki, hərbi ekspertlər və beynəlxalq qurumlar “Milli İnkişaf Fondu”ndan ayrılan bu pulların Suriyada gedən vətəndaş müharibəsində Bəşər Əsəd hakimiyyətinin qorunması üçün sərf edildiyini bildirirlər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN