Xamneyi: “Müharibə ehtimalı yoxdur”

Xamneyi: “Müharibə ehtimalı yoxdur”

GünAzTV: İranın dini lideri Əli Xamneyi sentyabrın 2-də ordunun “Xatəm ül-ənbiya” hava hücumundan müdafiə qərargahının komandirləri ilə görüşərək, xarici düşmənlərin ölkəyə qarşı mümkün müharibəsindən və silahlı qüvvələrin hərbi hazırlığının vacibliyindən danışıb.

 

amneyi deyib ki, o, düşmənlərin ölkəyə qarşı müharibə elan edəcəyini güman etmir: “Siyasi təhlil və hesablamalara görə, müharibə baş verməsi ehtimalı yoxdur. Lakin buna baxmayaraq, hesab edirəm ki, silahlı qüvvələrimiz tam ayıq-sayıq tərpənərək öz silah və hərbi hazırlıq qabiliyyətlərini gündən-günə yüksəltməlidirlər”.

 

Görüşdə, İran ordusunun “Xatəm ül-ənbiya” hava hücumundan müdafiə qərargahının komandanı general Əlirza Səbahi Fərd çıxış edərək, həmin qərargahın hazırkı fəaliyyəti və onun gələcək planları barədə axund Xamneyiyə hesabat verib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN