Xamneyi: “Namizədlər söz versinlər ki, ölkə problemlərinin həllini ölkə sərhədlərindən kənarda axtarmasınlar”

Xamneyi: “Namizədlər söz versinlər ki, ölkə problemlərinin həllini ölkə sərhədlərindən kənarda axtarmasınlar”

GünAzTV: Aprelin 25-də ölkə rəsmiləri və bir qrup müsəlman ölkələrinin Tehrandakı səfirləri ilə görüşən İranın dini lideri Əli Xamneyi qarşıdan gələn prezident seçkilərindən və Amerikanın İrana qarşı “düşmənçiliyi”ndən danışıb.

 

Xamneyi bildirib ki, seçkilərdə qalib gələcək şəxsin, ölkə iqtisadiyyatını inkişafa çatdırmaq və məmləkət problemlərini aradan qaldırmaq üçün baxışı ölkə sərhədlərindən kənara yönəlməməli, bu yolda yalnız İran millətinə və onun gücünə söykənməlidir: “Mən prezidentliyə namizədliyini irəli sürən bütün cənablara deyirəm və keçmişdə də demişəm, söz versinlər ki, ölkə iqtisadiyyatını dirçəltmək və mövcud düyünləri açmaq üçün diqqətlərini xaricə yönəlməsinlər və ölkə problemlərinin həllini ölkə sərhədlərindən kənarda axtarmasınlar. Hesab edirəm ki, onların baxışı və diqqəti yalnız İran millətinin özünə yönəlməlidir”.

 

Öz çıxışında Amerikaya qarşı sərt bəyanatlar səsləndirən Xamneyi, Amerikanı “insan cəmiyyətlərinin düşmən”i adlandırıb: “Bu gün insan cəmiyyətlərinin düşmənləri islama qarşı mübarizə aparırlar. Bu düşmənçiliyin başında isə Amerika və sionistlər durur. Onlar, digər ölkələrlə müqayisədə hazırda İran İslam Respublikasına qarşı daha çox mübarizə aparırlar. Bu isə ona görədir ki, islam, İranda daha qabarıq və bariz şəkildə mövcuddur və ona əməl olunması üçün burada daha çox şərait var. Məhz buna görə də onlar islama qarşı çıxırlar. Çünki islam, onların tamahkarlığının qarşısını alır”.

 

Qeyd edək ki, İranda növbəti prezident seçkiləri, 2017-ci il, mayın 19-da (ordibeheştin 29-da) keçiriləcək.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN