Xamneyi: “Ölkə əhalisinin ağır məişitindən və digər problemlərindən xəbərim var”

Xamneyi: “Ölkə əhalisinin ağır məişitindən və digər problemlərindən xəbərim var”

GünAzTV: İranın dini lideri axund Əli Xamneyi, martın 15-də Üləma Məclisinin üzvləri ilə görüşərək ölkədə mövcud olan problemlərdən və baş verən narazılıqlardan danışıb.

 

Xamneyi bildirib ki, onun ölkənin üzləşdiyi müxtəlif problemlərdən xəbəri var və yaxın günlərdə bu barədə millətə müraciət edəcək: “Bizim, xalqın ağır məişətindən və digər problemlərindən xəbərimiz var. Lakin hesab edirik ki, ölkədə həlli mümkün olmayan hər hansı problem yoxdur. Düşünürəm ki, hər bir problemin öz həll yolu var. Allah qoysa, qarşıdan gələn günlərdə bu barədə xalqa danışacağam.

 

Bu gün ölkədə üzləşdiyimiz siyasi, iqtisadi, ictimai, mədəni və təhlükəsizlik məsələləri ilə bağlı problemlər, xarici düşmənlərin ölkəmizə qarşı hərtərəfli hücumu ilə bağlıdır. Aydın məsələdir ki, bəziləri ölkənin indiki durumundan narazıdır və ona etiraz bildirirlər. Onlar, elə güman edirlər ki, bu savaşı başlayan və mövcud çətinliklərin meydana çıxmasına səbəb olan islam respublikasıdır. Lakin onların bu təsəvvürü və məsələyə bu tərzdə yanaşması düzgün deyil”.

 

 

Xatırladaq ki, iki ay yarım əvvəl İranın 101 şəhərində hakimiyyətə və onun dini lideri, axund Əli Xamneyiyə qarşı kütləvi xalq etirazları keçirilib. Çökmüş və çürümüş hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə və prezident Həsən Ruhaniyə  “ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub.

 

Etirazlarda, ən azı 25 nəfər rejim qüvvələri tərəfindən öldürülüb, onlarla aksiyaçı yaralanıb, 5000-ə yaxın insan həbs edilib. Tutulanlardan isə ən azı 13 nəfəri, İranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb. Rejimə qarşı pərakəndə etirazlar davam edir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN