Xamneyi: “Ölkənin taleyi millətin əlindədir. Seçicilər tez sandıq başlarına gəlsinlər”

2017-05-19 12:41

GünAzTV: İranın dini lideri Əli Xamneyi mayın 19-u sübh saatlarında prezident seçkilərinə rəsmən start verildikdən az sonra səsverməyə qatılaraq öz səsini “İmam Xomeyni” hüseyniyyəsinə gətirilən 110 saylı səyyar sandığa salıb.

 

Öz namizədinə səs verdikdən sonra jurnalistlər qarşısında kiçik bir nitq söyləyən Xamneyi, ölkə əhalisini seçkilərdə fəal olmağa, səsvermə məntəqələrinə gedərək prezidentliyə namizədlərdən birinə səs verməyə çağırıb: “Ölkənin taleyi millətin əlindədir. Millət, bu işə diqqətlə yanaşmalı, seçkilərə qatılmalıdır. Seçkilər, ilahi bir nemətdir. Allaha şükürlər olsun ki, bizim insanlar da bu nemətin qədrini bilir, göründüyü kimi səsvermədə iştirak edirlər.  Seçicilərə tövsiyə edirəm seçkilərdə daha fəallıq nümayiş etdirərək tez sandıq başlarına gəlsinlər və öz səslərini versinlər.

 

Hesab edirəm ki, yaxşı və xeyirli bir işi sonraya saxlamaq düzgün deyil. Bunu, vaxtın əvvəlində yerinə yetirmək lazımdır. Bu işi təxirə salmaq olmaz. Prezident seçkiləri çox önəmlidir. Çünki millət bu seçkilərdə ölkə prezidentini seçir. Elə buna görə də seçicilərdən istəyim budur ki, bu mühüm işə diqqət və həssaslıqla yanaşsınlar”.

 

Bu gün (mayın 19-da) İranda 12-ci prezident seçkiləri keçirilir. Seçkilərdə dörd namizəd, Həsən Ruhani, İbrahim Rəisi, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba bir-biri ilə rəqabət aparır. Əsas rəqabət isə, iki namizəd arasında, islahatçıların dəstəklədiyi Həsən Ruhani və dini lider Əli Xamneyinin yaxın adamı kimi tanınan İbrahim Rəisi arasında aparılır.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranlı rəsmi: "Qasım Süleymaniyə düzəldilmiş heykəllər utancvericidir"- FOTO

2020-09-26

gun az article

İranda daha 3204 nəfər koronavirusa yoluxub, 172 xəstə vəfat edib

2020-09-26

gun az article

Rəsmi Əbu-Dabi: "İranın aqressiv addımları ərəb ölkələrinin İsrailə yanaşmasının dəyişməsinin əsas səbəbidir"

2020-09-26

gun az article

İranda yeni rekord: 1 dolların məzənnəsi 30 min tümənə yaxınlaşıb

2020-09-26

gun az article

Nəsrin Sütudə səhhətinin həddən artıq pisləşməsinə görə aclıq aksiyasını dayandırıb

2020-09-26

gun az article

Tramp: "Seçkilərdən sonra İranla razılaşmanın şərtləri daha da ağır olacaq"

2020-09-26

gun az article

GünazTV Sep.25.2020: Amerika Nəvid Əfkari üçün edam hökmü çıxaran hakimə sanksiya tətbiq etdi

2020-09-25

gun az article

İsfahan əyalətində daha 25 nəfər koronavirusdan vəfat edib

2020-09-25

gun az article

“Charlie Hebdo”nun keçmiş redaksiyasının binasının yaxınlığında bıçaqlı şəxs insanlara hücum edib, 4 nəfər yaralanıb

2020-09-25

gun az article

İranda koronavirusdan daha 207 nəfər ölüb, 3563 nəfər xəstəliyə yoluxub

2020-09-25

gun az article

Məcid Təxt Rəvançi: "Bayden seçilsə, İrana kompensasiya ödəsə, nüvə öhdəliklərimizi icra edəcəyik"

2020-09-25

gun az article

İranda mülki təyyarə qəzaya uğrayıb. Pilot və köməkçisi yaralanıb

2020-09-25

gun az article

İranda dolların məzənnəsi 28 750 tümənə çatıb

2020-09-25

gun az article

Əlirza Təngsiri: "Hazırda xarici ölkələrin 23 gəmisi İranda saxlanılır"

2020-09-25

gun az article

Amerika Nəvid Əfkarini edama məhkum edən məhkəmə hakiminə qarşı sanksiya qoyub

2020-09-25

gun az article

İranda Ukrayna təyyarəsinin vurulmasına etiraz edən tələbə 5 il həbsə məhkum edilib

2020-09-25

gun az article

GünazTV Sep.24.2020: Səudi Ərəbistan Kralı İranın yayılmaçı siyasətini tənqid etdi

2020-09-24

gun az article

İranda koronavirusla mübarizəyə ayrılmış pullardan 70%-dən çoxu "yoxa çıxıb"

2020-09-24

gun az article

İsraildə iki həftəlik sərtləşdirilmiş ümummilli karantin rejimi elan olunub

2020-09-24

gun az article

İranda koronavirusdan ölənlərin sayı 25 000 nəfəri keçib

2020-09-24