Xamneyi: “Öz murdar əllərini Qasım Süleymaninin qanına bulaşdıran cinayətkarları ağır intiqam gözləyir”

Xamneyi: “Öz murdar əllərini Qasım Süleymaninin qanına bulaşdıran cinayətkarları ağır intiqam gözləyir”

GünazTV: İranın “dini lideri” Əli Xamneyi yanvarın 3-də bəyanat yayaraq, “Sepah” terror təşkilatının “Qüds” briqadasının komandanı Qasım Süleymaninin Bağdadda raket hücumu nəticəsində öldürülməsinə münasibət bildirib.

 

Öz bəyanatında Qasım Sülemanini “islamın böyük sərkərdəsi” adlandıran və onun hakim rejimə xidmətlərini vurğulayan Xamneyi deyib ki, Qasım Süleymaninin yolunu davam edənlər onun qanının yerdə qalmasına imkan verməyəcəklər: “Allahın köməkliyi ilə beynəlxalq müqavimətin simalarından olan Qasım Süleymaninin yolu yarımçıq qalmayacaq. Öz murdar əllərini Qasım Süleymaninin və hücumda onunla birlikdə şəhid olanların qanına bulaşdıran cinayətkarları ağır intiqam gözləyir. Sözsüz ki, müqavimət tərəfdarı olanlar Süleymaninin qanının yerdə qalmasına imkan verməyəck, onun yolunu davam etdirəcəklər.

 

Mən, Qasım Süleymaninin və onunla birlikdə şəhid olan digər islam mücahidləri, o cümlədən də Əbu Mehdi Əl-Mühəndisin şəhid olması münasibətilə ölkədə üç gün matəm elan edirəm” –deyə, İranın “dini lideri” axund Əli Xamneyi yaydığı bəyanatında bildirib.

 

 

Xatırladaq ki, yanvarın 2-dən 3-nə keçən gecə Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymani, Həşdəş-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerikanın hərbi hava  qüvvələrinin raket hücumuna məruz qalaraq öldürülüb. Hücum nəticəsində, Qasım Süleymani ilə yanaşı, Həşdəş-Şəbi terror şiə qruplaşması başçısının müavini Əbu Mehdi əl-Mühəndis, həmin qruplaşmanın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmmədrza əl-Cabiri və “Sepah”ın daha bir neçə komandiri məhv edilib.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN