Xamneyi, qadınların məcburi hicaba qarşı etirazını və baş örtüklərini açmasını “cılız hərəkət” adlandırdı

2018-03-09 11:25

GünAzTV: İranın dini lideri Əli Xamneyi martın 8-də "Əhli-beyt" məddahları ilə görüşərək, qadınların son aylar ölkənin müxtəlif şəhərlərində məcburi hicaba qarşı etiraz əlaməti olaraq küçələrdə baş örtüklərini açmasına münasibət bildirib. Xamneyinin hicabla bağlı bəyanatı, 8 mart Beynəlxalq Qadınlar Gününə təsadüf edib.

 

Ölkə qadınlarının məcburi hicaba qarşı sivil etirazını əhəmiyyətsiz sayan axund Xamneyi deyib ki, hicaba qarşı çıxan qadınlar, xarici düşmənlərin güclü təbliğatının təsirinə düşən “aldanmış” xanımıardır: “İranın xarici düşmənləri bir neçə ay əvvəl öz fikir otaqlarında toplaşaraq cari ilin son üç ayına, yəni dey, bəhmən və isfənd (yanvar, fevral və mart) aylarına plan qurmuşdular. Onlar, hazırladıqları planı həmin müddətdə həyata keçirməklə, öz xəyallarında islam respublikasının işini bu ilin sonuna qədər (Novruz bayramına qədər) bitirmək istəyirdilər. Lakin millətimiz ötən iki ayda onların cavabını layiqincə verdi və onların planı baş tutmadı.

 

Düşmənlərin bununla bağlı sərf etdiyi o qədər vəsait, apardığı təbliğat və göstərdiyi bütün səylərin nəticəsi yalnız o oldu ki, ölkənin bir neçə yerində bir neçə qız aldanaraq baş örtüklərini açdı. Bunlar isə cılız hərəkətlərdir və elə bir önəmi yoxdur. Lakin məni həssas və narahat edən amil, məcburi hicab məsələsinin bəzi tanınmış şəxslər və rəsmilərin dilindən gündəmə gətirilməsi və onun lazım olub-olmaması barədə ortaya çıxan mübahisələrdir.

 

Hicabın lazım olmasını sual altına alan bu kimi şəxslər arasında tanınmış jurnalistlər, ziyalılar və hətta axundlar da var. Onlar, özləri bilmədən bu məsələdə düşmənin yolunu gedir, onun xəttini təbliğ edirlər. Yəni, düşmənin hicaba qarşı ayırdığı o qədər vəsait və göstərdiyi səylə ölkədə həyata keçirə bilmədiyini bunlar yerinə yetirmək istəyirlər. Buna isə imkan verilməyəcək. Hamı bilməlidir ki, hicab, qadını məhdudlaşdıran yox, onu qoruyan bir vəsilədir”.

 

                              Vida Müvəhhid

 

Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına təxminən iki ay yarım əvvəl (deyin 6-da) start verilib. Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi hicaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb.

 

Son həftələr,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçədə baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildiriblər. Bununla bağlı paytaxt Tehranda və digər şəhərlərdə onlarla qadın həbs edilib.

 

Qeyd edək ki, İranda ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşir, həbsə və pul cəriməsinə məhkum edilirlər.

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda 2 körpə və 1 uşaq koronavirusdan ölüb.

2020-07-10

gun az article

GünazTV July.10.2020: “Amerikada iqtisadi açılıma gedən ştatlar geri addım ata bilər.”

2020-07-10

gun az article

İranda daha 142 nəfər koronavirusdan ölüb, 2262 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb

2020-07-10

gun az article

Rəsmi Beyrut: "İrandan qaz almaqla bağlı planımız yoxdur"

2020-07-10

gun az article

Hormozqan əyalətində “Covid-19” pandemiyası qurbanlarının sayı 356 nəfərə çatıb

2020-07-10

gun az article

Pompeo: "Yaxın Şərqi İranın raket təhdidindən qorumaq Amerikanın öhdəliyidir"

2020-07-10

gun az article

Tehranda yenidən partlayış səsləri eşidilib

2020-07-10

gun az article

İranın Şiraz, Qorqan və Məşhəd şəhərlərində daha 3 məhkum edam edilib

2020-07-10

gun az article

"İran Ermənistanın İsraildə səfirlik açmasına hörmətlə yanaşır"- İranın İrəvandakı səfiri

2020-07-09

gun az article

Tehranla Dəməşq Suriya HHQ-nin gücləndirilməsi üçün razılığa gəlib

2020-07-09

gun az article

GünazTV July.09.2020: “Iran dünyada terroru dəstəkləyən dövlətdir.Amerikanın Dövlət Katibi İarnla bağlı açıqlamalarını yenilədi!”

2020-07-09

gun az article

İran İslam Respublikasında inanılmaz cinayət: Məşhəddə araq içməkdə günahlandırılan məhkum dara çəkilib

2020-07-09

gun az article

Amerikadan BMT-nin Süleymani ilə bağlı hesabatına reaksiya: "Bu, terroristlərə lisenziya verməkdir"

2020-07-09

gun az article

Ruhani: "İxracatdan əldə edilən 20 milyard avro ölkəyə qaytarılmayıb"

2020-07-09

gun az article

İranda daha 221 ölüm faktı ilə koronavirusdan vəfat edənlərin sayı 12 305 nəfərə çatıb

2020-07-09

gun az article

Bağdadda məşhur siyasi ekspertin terroruna etiraz olaraq, Xamneyiyə qarşı şüarlar səsləndirilib

2020-07-09

gun az article

İranda azı 7 deputat koronavirusa yoluxub

2020-07-09

gun az article

İran mediası "Fatimeyi-Zəhra" məscidinə görə Azərbaycanı hədəfə alıb

2020-07-09

gun az article

Pompeo: “BMT Təhlükəsizlik Şurası İrana silah satışına qarşı qoyulan sanksiyanın vaxtını uzatmalıdır”

2020-07-09

gun az article

İranlı rəsmi: “Keçirilən hər bir toy və ya yas mərasimində 40-50 nəfər koronavirusa yoluxur”

2020-07-08