Xamneyi “Qüds Briqadası”na yeni komandan təyin edib

Xamneyi “Qüds Briqadası”na yeni komandan təyin edib

GünAz TV: Qasım Süleymaninin öldürülməsindən sonra, bu dəqiqələrdə “dini lider” Əli Xamneyi “Sepah” terror təşkilatının “Qüds Briqadası”na yeni komandan təyin edib.

 

Xamneyinin fərmanına əsasən, İsmayıl Qaani “Qüds Briqadasının” komandanı vəzifəsinə təyin edilib.

 

1997-ci ildən Qasım Süleymaninin müavini vəzifəsində çalışan İsmayıl Qaani briqada generalı hərbi rütbəsinə sahibdir.

 

Xatırldaq ki, bu gün səhər saatlarında Amerika Birləşmiş Ştatlarının Bağdad hava limanı yaxınlığında həyata keçirdiyi hava hücumu nəticəsində Qasım Süleymani həlak olub.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN