Xamneyi: “Seçki rəqabətlərində bəzilərinin dilindən elə sözlər deyildi ki, millətə layiq deyildi”

Xamneyi: “Seçki rəqabətlərində bəzilərinin dilindən elə sözlər deyildi ki, millətə layiq deyildi”

GünAzTV: İranın dini lideri Əli Xamneyi mayın 17-də bir qrup əhali ilə görüşərək cümə günü ölkədə keçiriləcək prezident seçkilərindən və prezidentliyə namizədlərin seçki təbliğatlarında və debatlarda bir-birinə qarşı səsləndirdiyi gözlənilməz bəyanatlardan danışıb.

 

Öz çıxışında prezidentliyə namizədlərdən heç birinin adını çəkməyən Xamneyi deyib ki, seçkilərlə bağlı prosesin üç mərhələsində, yəni seçkilərdən əvvəl, seçkilər günü və seçkilərdən sonrakı mərhələdə qanuna və nizam-inzibata riayət olunmalıdır: Təəssüflər olsun ki, seçki rəqabətlərində bəzilərini dilindən elə sözlər deyildi ki, heç də millətə layiq deyildi. Çünki nizam-intiama və qanuna riayət olunması millətin xeyrinədir, buna riayət edilməməsi isə ölkə üçün çox ziyanlıdır. Lakin buna baxmayaraq, əgər millət geniş şəkildə seçkilərdə iştirak edib öz səsini sandıqlara salsa, bu kimi problemlər öz həllini tapacaq.

 

Seçkilərə müxtəlif namizədlər qatılır. Öz ərəfdarları olan həmin namizədlərin hər biri də müxtəlif mövzulardan danşanda öz fikir və nəzərini bildirir. Axırda da onlardan biri səs toplayaraq seçkilərin qalibi olur. Mən, seçkilərdə udan və uduzan tərəf mövzusuna inanmıram. Bəlli olan  odur ki, kimin qələbə qazanmasından asılı olmayaraq, seçkilərin əsas qalibi, axırda İran milləti və islam respublikası sistemi olur. Önəmli olan da budur”.

 

Xatırladaq ki, son günlər İran prezidentliyinə namizədlər, istər ölkənin müxtəlif şəhərlərində apardıqları seçki təbliğatlarında, istərsə də canlı olaraq dövlət radio-televiziyasından yayılan debatlarda bir-birinə qarşı sərt ittihamlar irəli sürüblər. İslahatçıların namizədi kimi seçkilərə qatılan Həsən Ruhani və onun xeyrinə namizədliyini geri götürən İshaq Cahangiri, qatı mühafizəkarların namizədlərini oğurluqda, fəsadda, yalan danışmaqda, fırıldaqçılıqda, cinayətdə, milləti aldatmaqda və hakimiyyət uğrunda dindən bir vəsilə kimi sui-istifadə etməkdə günahlandırıblar.

 

İranda növbəti prezident seçkiləri bu həftənin cümə günü (mayın 19-da) keçiriləcək.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN