Xamneyi: “Seçkilərdə ölkənin milli təhlükəsizliyi qorunmalıdır. Buna riayət etməyən hər kəs möhkəm sillə cavabı alacaq”

2017-05-11 09:17

GünAzTV: İranın dini lideri Əli Xamneyi mayın 10-da “Sepah”a bağlı İmam Hüseyn Universitetinin tələbələri ilə görüşərək qarşıdan gələn seçkilərdən və prezidentliyə namizədlərin apardıqları təbliğat kampaniyalarında bir-birlərinə qarşı səsləndirdikləri təxribat xarakterli bəyanatlarından danışıb.

 

Prezidentliyə namizədlərə və onların tərəfdarlarına xəbərdarlıq edən Xamneyi deyib ki, “düşmən” gələn həftənin cümə günündə keçiriləcək prezident seçkiləri zamanı ölkədə fitnə və üsyan qaldırmaq niyyətindədir: “Seçkilər, həm ölkənin yüksəlişinə və onun imicinin qorunub saxlanılmasına, həm də onun zəiflənməsinə və mövcud problemlərinin artmasına gətirib çıxara bilər. Əgər prezidentliyə namizədlər və onların tərəfdarları öz sözləri və çıxışları ilə düşməni sevindirib ümidvar etsələr, seçkilər bizim ziyanımıza olacaq. Qarşıdan gələn seçkilərdə ölkənin milli təhlükəsizliyi qorunmalıdır. Buna riayət etməyən, ölkənin milli təhlükəsizliyinə qarşı üsyana qalxan hər kəs möhkəm sillə cavabı alacaq.

 

Düşmənin qısa müddətli hədəflərindən biri, milli təhlükəsizliyimizi pozmaq, ölkədə xaos yaratmaq, fitnə və üsyan qaldırmaqdır. Lakin əgər bizim hazırlığımız olsa, düşmənin bu niyyət və fitnəsini sözsüz ki, zərərsizləşdirə biləcəyik”.

 

Xamneyi həmçinin bildirib ki, prezidentliyə namizədlər, sırf səs qazanmaq naminə ölkənin milli təhlükəsizliyi ilə birbaşa əlaqədar olan bəzi həssas mövzular barədə, o cümlədən də etniklər və onların dili ilə bağlı təhrikçi bəyanatlar səsləndirməməli, “düşmənin yarımçıq qalmış planlarını” təkmilləşdirməməlidirlər.

 

Xamneyi öz çıxışında prezidentliyə namizədlərin heç birinin adını çəkməsə də, onun təhdid dolu xəbərdarlığının İran prezidenti Həsən Ruhaniyə ünvanlandığı açıq-aşkar hiss olunur. Çünki, son günlər İranın müxtəlif şəhər və əyalətlərinə səfər edən Ruhani öz tərəfdarları qarşısında çıxış edərək əsas rəqibi sayılan İbrahim Rəisiyə (Xamneyinin namizədi) qarşı dolayısyla sərt ittihamlar səsləndirib. Mayın 8-də isə Həmədanda tərəfdarları qarşısında çıxış edən Ruhani, ölkə əhalisi arasında siyasi məhbusların cəlladı və “ayətullah Edam” ləqəbləri ilə tanınan İbrahim Rəisini ölkədə dinc müxaliflərə qarşı həyata keçirilmiş qanlı repressiyalarda günahlandırıb: “İran milləti, son 38 ildə  edam və zindandan başqa əlindən bir iş gəlməyənləri qəbul etmir, istəmir”.

 

Xatırladaq ki, İbrahim Rəisi, 1988-ci ildə ölkə zindanlarında həbsini çəkməkdə olan minlərlə günahsız siyasi məhbusun gizli şəkildə kütləvi qətliamını sürətləndirmək üçün o vaxtkı dini lider ayətullah Ruhullah Xomeyninin əmri ilə yaradılmış “Ölüm heyəti”nin başçısı vəzifəsində çalışıb. Həmin vaxt, ölkə prokurorunun müavini vəzifəsində çalışan İbrahim Rəisinin cəmi 28 yaşı olub.

 

İranda növbəti prezident seçkiləri bu il, mayın 19-da (1396-cı il, ordibeheştin 29-da) keçiriləcək.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Rusiyalı ekspertlər: Cənubi Qafqazda sülhə nail olunmasının yolu Ermənistanın işğal olunmuş əraziləri tərk etməsidir

2020-09-22

gun az article

İlam əyalətində koronavirusdan vəfat edənlərin sayı 239 nəfərə çatıb

2020-09-22

gun az article

Amerika İranın nüvə və raket peoqramı ilə əməkdaşlıq edən onlarla şəxsə və quruma sanksiya qoyub

2020-09-22

gun az article

İranda kasıblıq səbəbindən əhalinin ət alışı 35 faiz azalıb

2020-09-22

gun az article

İranda daha 178 nəfər koronavirusdan ölüb, 3712 nəfər “Covid-19”a yoluxub

2020-09-22

gun az article

ÜST: COVID-19-la mübarizə üçün 200 vaksin kliniki və klinikəqədərki sınaqlar mərhələsindədir

2020-09-22

gun az article

Avropa İttifaqı İrandan bütün nüvə öhdəliklərinə əməl etməsini tələb edib

2020-09-22

gun az article

İranda noyabr etirazçılarından biri "Kəhrizək" zindanında vəfat edib

2020-09-22

gun az article

Əli Rəbii: "Böyük ehtimalla Nətənz partlayışı daxili ünsürlər tərəfindən törədilib"

2020-09-22

gun az article

Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 1100 nəfərə çatıb

2020-09-22

gun az article

GünazTV Sep.21.2020 : “İran üçün həyəcanlı həftə başladı! Amerika Birləşmiş Ştatlarının bu həftəki addımları Tehran hakimiyyətini qorxuya salıb.”

2020-09-21

gun az article

Bu gün İran və Ermənistanın da iştirakı ilə "Qafqaz-2020" hərbi manverləri başlayır

2020-09-21

gun az article

İranda daha 177 nəfər koronavirusdan vəfat edib

2020-09-21

gun az article

İrandan Ermənistana İsraildə səfirlik açması ilə bağlı "yumşaq" münasibət, Azərbaycana xəbərdarlıq - FOTO

2020-09-21

gun az article

İranın "Xatəmül-Ənbiya Qərargahı" paytaxtın Tehrandan köçürülməsi ilə bağlı Ruhaniyə müraciət edib

2020-09-21

gun az article

Pompeo Avropanın İrana qarşı fəaliyyətsizliyini pisləyib

2020-09-21

gun az article

İranda dolların məzənnəsi yeni rekord həddə yüksəlib: 27 300 tümən

2020-09-20

gun az article

Fars əyalətində daha 12 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 937 nəfərə çatıb

2020-09-20

gun az article

Qum əyalətində daha 204 nəfər xəstəxanalara yerləşdirilib, 10 nəfər koronavirusdan ölüb

2020-09-20

gun az article

Azərbaycanda koronavirus infeksiyasından daha 154 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb

2020-09-20