Xamneyi “Sepah”a yeni baş komandan təyin edib

Xamneyi “Sepah”a yeni baş komandan təyin edib

GünazTV: İranın dini lideri Əli Xamneyi aprelin 21-də “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfərini tutduğu vəzifədən azad edərək, Hüseyn Səlamini “Sepah”ın  yeni baş komandanı təyin edib.

 

Xamneyinin yeni təyinatları, Amerikanın “Sepah”ı terrorçu qruplaşmalar siyahısına daxil etməsindən iki həftə sonraya təsadüf edib.

 

Əli Xamneyi fərman imzalayaraq, Məhəmmədəli Cəfərini “Sepah”ın baş komandanı vəzifəsindən azad edərək, onu “Sepah”ın “Həzrət Bəqiyyətullah ictimai-mədəni qərargahının rəhbəri vəzifəsinə təyin edib. 

 

"Sepah"ın keçmiş baş komandanı Məhəmmədəli Cəfəri   

 

Xamneyinin imzaladığı digər fərmanı ilə Məhəmmədəli Cəfərinin canişini vəzifəsində işləmiş Hüseyn Səlamiyə general-mayor hərbi rütbəsi verərək, onu “Sepah”ın yeni baş komandanı vəzifəsinə təyin edib. İranın dini lideri öz fərmanında həmçinin Hüseyn Səlamidən “Sepah”ın bütün bölmələrində hazırlıq səviyyəsinin yüksəldilməsini və hərtərəfli hərbi qabiliyyətin  gücləndirilməsini tələb edib.

 

"Sepah"ın yeni baş komandanı Hüseyn Səlami

 

Qeyd edək ki, “Sepah”ın ən radikal komandanlarından biri olan Hüseyn Səlami bundan əvvəl dəfələrlə jurnalistlərə açıqlamalarında İranın İsraili məhv etmək strategiyasından və ölkədə istehsal edilən raketlərdən danışaraq, Avropaya qarşı təhdid dolu bəyanatlar səsləndirib.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-də bəyanat yayaraq, İran İnqilab Keşikçiləri Korpusunu (Sepah-ı) terrorçu təşkilatlar siyahısına daxil etdiyini rəsmən elan edib.

 

Aprelin 15-də isə, “Sepah” rəsmən ABŞ Dövlət Departamentinin xarici terrorçu qruplar siyahısına salınaraq, onun adı Amerika Birləşmiş Ştatlarının federal hökumətinin rəsmi jurnalında (FEDERAL REGİSTER - The Daily Journal of the United States Government) qeydə alınıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN