Xamneyi “Sepah” komandirləri ilə görüşdə: “Böyük olaylarla üz-üzə gəlməyə hazır olun”

Xamneyi “Sepah” komandirləri ilə görüşdə: “Böyük olaylarla üz-üzə gəlməyə hazır olun”

GünazTV: İranın “dini” lideri Əli Xamneyi oktyabrın 2-də “Sepah” komandirləri ilə görüşərək Tehranın nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri azaltmasından, xarici təhdidlərdən və Amerikanın maksimum təzyiq siyasətindən danışıb.

 

Xamneyi deyib ki, İran nüvə sazişi (“Bərcam”) ilə bağlı üzərinə götürdüyü öhdəlikləri azaltmağı davam etdirməlidir: “Biz nüvə məsələsində üzərimizə götürdüyümüz öhdəlikləri yenə azaldacağıq. Bu proses tam ciddi şəkildə davam etdirilməlidir. İranın Nüvə Enerjisi Təşkilatı bu işin məsuliyyətini üzərinə götürməli, mükəmməl və səmərəli bir nəticə əldə edənə qədər bu işi davam etdirməlidir.

 

Amerikanın ölkəmizə qarşı maksimum təzyiq siyasətinə gəldikdə, onların bu siyasəti artıq məğlubiyyətə uğrayıb. Amerikalılar elə güman edirdilər ki, İrana qarşı maksimum təzyiq siyasətindən istifadə etsələr, islam respublikası onların qarşısında yumşalmağa məcbur olacaq. Lakin onların bu arzusu baş tutmadı.

 

Amerikalılar son vaxtlar ölkəmizi təslim olmağa məcbur etmək və İran prezidentini ABŞ prezidenti ilə görüşməyə vadar etmək üçün yalvarmağa başlamış, öz avropalı dostlarını bu iş üçün vasitəçi etdilər. Lakin onlar buna da nail olmadılar. Hesab edirəm ki, onların bu siyasəti də axıra qədər məğlubiyyətə uğrayacaq.

 

Bu gün “Sepah” öz sıralarını xarici düşmən qarşısında möhkəmləndirməli, onların qarşısında müqavimətdən geri çəkilməməli, hər hansı bir xarici təhdidin qarşısında durmağa hazır olmalıdır. Bildirirəm ki, düşməndən əsla qorxmayın, tam ayıq-sayıq olun və düşmənin bütün hərəkətlərini nəzarətdə saxlayın. Daha doğrusu, bölgədə baş verə biləcək böyük olaylarla üz-üzə gəlməyə hazır olun. Düşmən nə qədər böyük olsa da, ondan qorxmayın.

 

Biz ətrafımıza cızıq çəkib öz regionunumuzla kifayətlənməməli, düşmənin sərhədlərimizdən kənar təhdidlərinə biganə qalmamalıyıq.

 

“Sepah”ın qocalmasına, getdikcə mühafizəkar olmasına və mövcud durumla barışıb ona qane olmasına imkan verməyin. Hesab edirəm ki, “Sepah”ın qocalmasının qarşısını almaq üçün cavan kadrlardan istifadə edilməlidir. Bu qurumda cavanlıq əhval-ruhiyyəsini qoruyub saxlamaq lazımdır” -deyə İranın dini lideri Əli Xamneyi əlavə edib.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN