Xamneyi: “Səudiyyə Ərəbistanı hökuməti məhv olunmalı, devrilməlidir”

Xamneyi: “Səudiyyə Ərəbistanı hökuməti məhv olunmalı, devrilməlidir”

GünAzTV: İranın dini lideri Əli Xamneyi, mayın 27-də Ramazan ayının başlanması münasibətilə “Quran” qariləri ilə görüşərək Səudiyyə Ərəbistanı hökumətinə və onun rəhbərlərinə qarşı çox sərt bəyanatlar səsləndirib.

 

Öz çıxışında ABŞ prezidenti Donald Trampın Ər-Riyada səfərinə və silah satışı ilə bağlı iki ölkə arasında bağlanan 110 milyard dollarlıq müqaviləyə eyham vuran Xamneyi, Səudiyyə Ərəbistanı rəhbərlərini “axmaq”, onun hökumətini isə bölgədə Amerikanın “sağmal inəyi” adlandırıb: “Bu gün müsəlman cəmiyyətləri digər cəmiyyətlər kimi problemlərlə üz-üzə qalıb. İslam dünyasında bir qrup alçaq və nalayiq şəxslər müsəlman millətlərinin taleyini ələ alıblar. Bunun bariz nümunələrindən biri də Səudiyyə Ərəbistanı hökumətidir.

 

Səudiyyə Ərəbistanı hökuməti, bu ölkənin milli sərvəti olan neft pullarını müsəlmanların və bu ölkə əhalisinin həyat səviyyəsini yaxşılaşdırmağa xərcləmək əvəzinə, onu öz şəxsi mənfəəti üçün kafirlərə təqdim edir. Axmaqlar elə fikirləşirlər ki, bu kimi hərəkətlərlə və islam düşmənlərinə pul verib onlara yardım etməklə onların səmimiliyini cəlb edə biləcəklər. Halbuki belə bir səmimilik yoxdur. Amerikalıların özlərinin də bildirdiyi kimi, Səudiyyə hökuməti onlar üçün bir sağmal inəyə bənzəyir və onlar onun südünü sağırlar. Südü qurtarandan sonra da onu zibh (qurban) edəcəklər.

 

Səudiyyə hökuməti və onun rəhbərləri amerikaslılarla bir cür, Yəmən və Bəhreyn əhalisi ilə isə başqa cür davranırlar. Üzdə olanlar heç kimi aldatmamalıdır. Sözsüz ki, bunlar məhv edilməli və devrilməlidirlər. Bunun geci-tezi var. Lakin bu həm də möminlərdən və onların necə əməl etməsindən asılıdır. Əgər möminlər düzgün əməl etsələr, bu hadisə tezləşdirilə bilər”.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN