Xamneyi: “Tramp mesaj mübadiləsi üçün layiq adam deyil”

Xamneyi: “Tramp mesaj mübadiləsi üçün layiq adam deyil”

GünazTV: İranın dini lideri Əli Xamneyi iyunun 13-də Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşərək, ABŞ prezidentinin müzakirə təklifini rədd edib.

 

Xamneyi Trampın iki ölkə arasında müzakirələr aparılması ilə bağlı mesajını Tehrana aparan Şinzo Abe ilə görüşdə deyib ki, o, ABŞ prezidentinin göndərdiyi mesajına cavab vermək niyyətində deyil: “Biz sizin xoşməramlı və ciddi bir şəxs olduğunuza şübhə etmirik. Lakin ABŞ prezidentinin dilindən dediklərinizə gəlincə, şəxsən hesab edirəm ki, Tramp hər hansı bir mesaj mübadiləsi üçün layiq adam deyil. Mənim ona heç bir mesajım yoxdur və ona cavab da verməyəcəyəm.

 

İran İslam Respublikası 5-6 il müddətinə 5+1 qrupu çərçivəsində Amerika və avropalılarla danışıqlar apardı və nəticə də əldə etdi. Lakin Amerika imzalanmış bu müqavilənin icrasından boyun qaçıraraq, ondan imtina etdi. Məhz bunları nəzərə alaraq, artıq hansı ağıllı bir adam həmin mövzu barədə yenidən onunla müzakirə aparar.

 

Bizim amerikalılarla problemimiz, onların İran rejimini dəyişmək istəməsinə görə deyil. Çünki onlar belə bir niyyətdə olsalar da, buna qadir deyillər. Necə ki, Amerikanın keçmiş prezidentləri də son 40 ildə islam respublikasını devirməyə çalışsalar da buna nail ola bilmədilər. Tramp deyəndə ki, o İran rejimini dəyişmək niyyətində deyil, artıq yalan danışır. Çünki bacara bilsəydi, bunu edərdi. Lakin buna gücü çatmır.

 

Biz nüvə silahlarına qarşıyıq və mən onun istehsalının haram olması barədə fətva da vermişəm. Lakin bilin ki, bizim belə bir niyyətimiz olsaydı, Amerika bizim qarşımızı ala bilməzdi” –deyə Əli Xamneyi əlavə edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN