Xamneyi: “Vaxtilə gender bərabərliyini təbliğ edən Qərb alimləri bu gün etdiklərindən peşmandır”

Xamneyi: “Vaxtilə gender bərabərliyini təbliğ edən Qərb alimləri bu gün etdiklərindən peşmandır”

GünAzTV: İranın dini lideri Əli Xamneyi martın 19-da İslam Peyğəmbərinin qızı Həzrət Fatimeyi-Zəhranın doğüm günü münasibətilə məddahlar və mərsiyəxanlarla görüşərək gender bərabərliyinə (qadın-kişi bərabərliyinə) qarşı çıxdığını bəyan edib.

 

Həzrət Fatiməni  müsəlman qadınlar üçün “həqiqi bir rəhbər, nümunəvi bir həyat yoldaşı və ana” simvolu adlandıran Xamneyi bildirib ki, qadının üzərinə düşən əsas vəzifə, evdarlıq və uşaq tərbiyəsi ilə məşğul olmaqdır: “Lakin təəssüflər olsun ki, qəflət içində olan bəzi aldanmışlar, qadının evdarlığını təhqir edirlər. Halbuki, evdarlıq, uşaq tərbiyə etmək və aləmin ən yüksək və qiymətli varlığı sayılan insan yetişdirməkdir. Vaxtilə gender bərabərliyindən və bu kimi məsələlərdən danışan və onu təbliğ edən Qərb alimləri və ayrı-ayrı şəxslər, bu gün həmin təfəkkürdən yaranmış fəsadı nəzərə alaraq etdiklərindən peşman olublar. Ümid edirik ki, ölkə daxilində də bu məsələni ortaya atıb onu gündəmə gətirənlər, bu mövzudan danışarkən onun düzgün sayılamayan Qərb anlamını nəzərdə tutmayacaqlar.

 

Kişi və qadın arasında bəzi cəhətlərdən, o cümlədən də mənəvi və ülvi mərtəbələrə yüksəlməkdə, rəhbərlik gücündə və bəşəriyyəti hidayət etmək qabiliyyətində fərq yoxdur. Lakin onlar, digər sahələrdə, o cümlədən də həyatda onların üzərinə düşən vəzifələrdə bir-birindən fərqlidirlər. Bunun nümunəsi isə Həzrət Fatimədir.

 

Bu gün Qərb dünyasında qadının ləzzət və şəhvət alətinə çevirilməsi çox ehtimal ki, sionistlərin planlarından biri sayılır. Məqsəd isə cəmiyyəti və bəşəriyyəti məhv etməkdir. Lakin təəssüflər olsun ki, bəzən ölkə daxilindəki islami mühitlərdə də qadınların üzərinə düşən vəzifədən söhbət düşəndə elə fikirlər səsləndirilir ki, bu qadınları kiçiltmək və ya təhqir etməkdən başqa bir şey deyil”. 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN