Xamneyidən gülünc iddia: “Xalq Fələstinin silahlı qruplaşmalarına kömək etməyimizi istəyir”

Xamneyidən gülünc iddia: “Xalq Fələstinin silahlı qruplaşmalarına kömək etməyimizi istəyir”

GünAz TV: İranın “dini lider”i Əli Xamneyi Fələstində fəaliyyət göstərən radikal silahlı qruplaşmalara hər cür kömək göstərməyə davam edəcəklərini bəyan edib.

 

“İran İslam Respublikası bacardığı qədər Fələstinin silahlı qruplaşmalarına hər cür dəstək göstərəcək. Bu, İslam Respublikasının və İran xalqının istəyidir”,- deyə Xamneyi iddia edib.

 

Bu günə qədər İranda heç vaxt insanlardan rejimin Fələstin və ya digər ölkələrdə fəaliyyət göstərən silahlı qruplaşmalara dəstək göstərib-göstərməməsi ilə bağlı rəy sorğusu alınmayıb. Buna görə də, Əli Xamneyinin bu fikirləri hansı statistika əsasında səsləndirməsi məlum deyil.

 

Digər tərəfdən, İranda son illər keçirilən bir neçə kütləvi etiraz aksiyaları zamanı əhalinin əsas tələblərindən biri rejimin Suriya, İraq, Yəmən və Fələstində fəaliyyət göstərən terror qruplaşmalarına dəstəyini kəsməsi olub.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN