Xamneyini istefaya çağıran bəyanatı imzalayan qadınlardan daha biri həbs edilib

Xamneyini istefaya çağıran bəyanatı imzalayan qadınlardan daha biri həbs edilib

GünAz TV: Xamneyini istefaya çağıran bəyanatı imzalayan 14 qadından daha biri- Giti Purfazil həbs edilib.

 

Vəkil və hüquqşünas olan Giti Purfazil təhlükəsizlik qüvvələrinin son iki həftə ərzində Xamneyini istefaya çağıran və İslam Respublikası siyasi quruluşunun buraxılmasını tələb edən bəyanatı imzalayan 14 qadın içərisində saxladığı sayca 7-ci şəxsdir.

 

İnsan haqları fəallarının yaydığı məlumata əsasən, o, artıq 5-ci gündür ki, yoxa çıxıb. Həyat yoldaşı və qızı Giti Purfazilin hansı təhlükəsizlik qüvvəsi tərəfindən saxlandığı və hara aparıldığı barədə məlumatsızdır. Onların bununla bağlı hüquq mühafizə orqanlarına müraciəti də cavabsız qalıb.

 

Qeyd etmək lazımdır ki, avtustun 5-də 14 qadın fəalın sözügedən bəyanatı imzalanmasından bu günə qədər keçən müddətdə Giti Purfazildən başqa, 6 digər qadın da həbs edilib. Onlara qarşı hansı ittihamın irəli sürüldüyü məlum deyil.

 

Bir neçə gün öncə ETTELAAT-ın Rəzəvi Xorasanı viyaləti şöbəsi həbs edilənlərlə bağlı bəyanat yayaraq, “düşmənin məkrli planının keçirilmiş əməliyyat nəticəsində qarşınının alındığını” iddia etmişdi. Buna görə də, saxlanılanların təhlükəsizlik ittihamları ilə həbs ediləcəkləri gözlənilir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN