Xamneyinin göstərişindən sonra İran nüvə öhdəliklərini azaldacağını bir daha bəyan edib

Xamneyinin göstərişindən sonra İran nüvə öhdəliklərini azaldacağını bir daha bəyan edib

GünAz TV: İranın Atom Enerjisi üzrə Agentliyi bəyanat yayaraq, nüvə öhdəliklərinin addım-addım azaldılması prosesinin davam edəcəyini bildirib.

 

Bəyanat ötən gün Əli Xamneyinin “Sepah” terror təşkilatının komandanları ilə görüşü zamanı nüvə öhdəliklərini azaltmağa göstəriş verməsindən bir neçə saat sonra dərc edilib. Xamneyi görüş zamanı komandanları “böyük hadisələrə” hazır olmağı çağırmışdı. “Dini lider” həmçinin dövlətin nəticəyə çatması üçün nüvə öhdəliklərini azaltma prosesini davam etdirməsinə göstəriş vermişdi.

 

İranın Atom Enerjisi üzrə Agentliyi isə Xamneyinin göstərişinə cavab olaraq, bəyanatda prosesin davam etdiriləcəyini bəyan edib.

 

Xatırladaq ki, rəsmi Tehran cari ilin may ayının 8-dən, yəni Amerika Birləşmiş Ştatlarının nüvə razılaşmasından çıxmasının 1-ci il dönümündən etibarən Avropaya vaxt verərək, iqtisadi mənfəətlərinin müəyyən zaman dilimində təmin edilmədiyi təqdirdə, öhdəliklərini azaldacağını bəyan etmişdi.

 

Bu günə qədər İran 3 dəfə bu istiqamətdə addım atıb və nüvə razılaşmasının uranın zənginləşdirilmə dərəcəsi və depolanması, eləcə də mütərəqqi santrifüjlardan istifadə etməklə bağlı tətbiq etdiyi məhdudiyyətlərə riayət etməyi dayandırıb.

 

Tehranın 4-cü addımı atacağı günə qədər Avropaya tanıdığı vaxt noyabr ayının əvvəllərində tamamlanır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN