Xamneyinin müşaviri: “Əgər hansısa bir qızcığaz kimlərinsə təhriki ilə baş örtüyünü açsa tənbeh ediləcək”

Xamneyinin müşaviri: “Əgər hansısa bir qızcığaz kimlərinsə təhriki ilə baş örtüyünü açsa tənbeh ediləcək”

GünazTV: İranın dini liderinin hərbi məsələlər üzrə müşaviri Hüseyn Dehqam avqustun 14-də jurnalistlərə açıqlamasında məcburi hicaba qarşı etiraz əlaməti olaraq ictimai yerlərdə baş örtüyünü açan xanımları təhdid edib.

 

O deyib ki, rejim gənc xanımların “düşmən”lərin təhriki ilə ictimai yerlərdə baş örtüyünü açmasına və onların sosial şəbəkələrdə mübariz bir qəhrəman kimi təqdim edilməsinə imkan verməyəcək: “Əgər hansısa bir qızcığaz kimlərinsə təhriki ilə baş örtüyünü açsa və sosial şəbəkələr ondan bir qəhrəman yaratsa tənbeh ediləcək. Belə bir qızın bizdən onu tənbeh etməmək gözləntisi ola bilməz. Çünki bütün dünyada qanunu pozaraq hakim dəyərlərə qarşı çıxanları cəzalandırır, tənbeh edirlər.

 

Xarici düşmənin hədəfi ölkəyə hakim sistemi zəiflətmək və insanlarda olan inqilabçı əhval-ruhiyyəni məhv etməkdir. Lakin bu gün ölkəmiz işsizlik və məişət zəminində bir sıra  çətinliklərlə üz-üzə qalsa da, tam çıxılmaz vəziyyətdə deyil və biz düşmən provakasiyası ilə ictimai yerlərdə hicaba qarşı çıxan xanımları tənbeh edəcək, onlara güzəştə getməyəcəyik” –deyə Xamneyinin hərbi məsələlər üzrə müşaviri üseyn Dehqan bəyan edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN