Xamneyinin müşaviri Pakistanı terrorçuluğa dəstək verməkdə günahlandırıb

Xamneyinin müşaviri Pakistanı terrorçuluğa dəstək verməkdə günahlandırıb

GünAz TV: İranın “dini lideri” Əli Xamneyinin hərbi məsələlər üzrə müşarivi Yəhya Səfəvi Pakistana qarşı kəskin ittihamlarla çıxış edib.

 

Fevralın 13-də İranın Sistan və Bəlucistan əyalətində “Sepah” üzvlərin daşıyan avtobusa qarşı baş tutmuş hücumla əlaqədar çıxış edən Yəhya Səfəvi bildirib ki, “Pakistan xüsusi xidmət orqanları Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edərək, terroristlərə dəstək verirlər”.

 

Yəya Səfəvi Pakistanın Səudiyyə Ərəbistanı ilə olan yaxın münasibətlərini də tənqid edib. Onun iddiasına görə, “Avropada yerləşən tədqiqat müəssisələrinin də dediyi kimi, 2030-cu ilə qədər Səudiyyə Ərəbistanı adlı ölkə mövcud olmayacaq. İran isə regionun ən qüdrətli dövləti olacaq”. O, bu sözləri Pakistanı təhdid edərək, İranın siyasi istəklərini yerinə yetirməyə çağırıb.

 

Qeyd etmək lazımdır ki, baxmayaraq ki, İran “dini lideri”nin müşaviri və digər rəsmilər Pakistana qarşı bu cür dəlili olmayan iddialarla çıxış edir, lakin uzun illərdir dünya ölkələri rəsmi Tehranın terrorizmi himayə etdiyi barədə BMT və digər beynəlxalq qurumlara sübutlar təqdim edir. İranın dəstəklədiyi Hizbullah, husilər hərəkatı, Taliban və bu kimi digər terror qruplaşmaları bu günə qədər region ölkələrində 10 minlərlə sivil insanın ölümünə səbəb olub.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN