Xamneyinin nümayəndəsi iraqlıları Amerika və Ərəbistan səfirliklərinə hücuma çağırıb

Xamneyinin nümayəndəsi iraqlıları Amerika və Ərəbistan səfirliklərinə hücuma çağırıb

GünAz TV: İranın "Keyhan" qəzetinin müdiri, "dini lider" Əli Xamneyinin nümayəndəsi Hüseyn Şəriətmədari yenidən iraqlı etirazçı gəncləri Amerika və Səudiyyə Ərəbistanının ölkələrində yerləşən səfirliklərinə hücum etməyə və bununla da diplomatik nümayəndəlikləri qəsb etməyə çağırıb.


Şəraitmədari qəzetin manşetində dərc edilən məqaləsində İraqda keçirilən xalq etirazlarını "xaos" adlandırıb və cavanları sözügedən ölkələrin səfirliklərini işğal etməyə çağırıb.


O, iraqlıların İranın müdaxilə və təsirlərinə qarşı səsləndirdikləri şüarların "İraq xalqının sözü" olmadığını iddi edib.


Xamneyinin nümayəndəsi İslam Respublikası siyasi sisteminin banisi Ruhullah Xomeyniyə istinadən 1979-cu il inqilabı zamanı ABŞ-ın Tehrandakı səfirliyinə edilən hücumu "ikinci inqilab" kimi dəyərləndirib və "iraqlı inqilabçı gənclərin casus yuvası və məzlum iraq millətinə qarşı məkrli planlar hazırlanan mərkəz" adlandırdığı Amerika səfirliyinə indiyə qədər hücum etməmələrindən təəssüfləndiyini deyib.


Şəraitmədari həmçinin qeyd edib ki, "Amerika səfirliyi bədəndə meydana gələn, kəsilməsi zəruri olan çirk dolu şiş kimidir".


Xamneyinin nümayəndəsi məqaləsinin sonunda bir daha iraqlı gəncləri İranda baş vermiş inqilab zamanı yaşanan hadisələri təkrarlamağa çağırıb.


Qeyd etmək lazımdır ki, İraqda yarıtmaz hökumət, kəskin korrupsiya və İran müdaxilələrinə qarşı keçirilmiş etirazlar zamanı onlarla insan qətlə yetirilib. Bəzi mənbələr etirazçıların İrana bağlı yaraqlı qruplaşmalar tərəfindən güllələndiyini bildirirlər.


Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN